Ən yuxarı statik reklam_3

Gürcüstan faiz artırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstan faiz artırdı

Gürcüstan Mərkəzi Bankı bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 7,25%-ə çatdırıb.

 

"Reuters" agentliyi xəbər verir ki, buna səbəb kimi Bank ölkədə inflyasiyanın sürətlənməyə başlaması amilini göstərib.


Qeyd edək ki, noyabr ayında Gürcüstanda aylıq inflyasiya 1,1% təşkil edib. Oktyabrda isə inflyasiya 0,8% olub. Nəticədə, illik müqayisədə noybarda inflyasiya 6,9%-ə çatıb. Oktyabrda bu göstərici 6,4%, ötən ilin noyabrında isə 0,2%-ə bərabər olub. Qərardan sonra Gürcüstanda dolların məzənnəsi 1,6% azalaraq 2,62 lariyə geriləyib. Ötən həftə isə dolların məzənnəsi 2,71 lari olub.


Xatırladaq ki, Gürcüstan Mərkəzi Bankının növbəti iclası 2018-ci il yanvarın 31-nə planlaşdırılıb.

 

© Report

13.12.2017 11:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ