Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dünya Bankı neft və qaz layihələrinin maliyyələşdirilməsini dayandıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya Bankı neft və qaz layihələrinin maliyyələşdirilməsini dayandıracaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya Bankı (“World Bank”) neft və qaz layihələrinin maliyyələşdirilməsini dayandıracaq.

 

Bu barədə Dünya Bankı Parisdə keçirilən Bir Planet Sammitində (“One Planet Summit”) bəyan edib. Dünya Bankı qarşıdakı 2 il ərzində neft və qaz layihələrinin maliyyələşdirilməsini dayandıracaq. Buna səbəb ölkələrin Paris Konvensiyası üzrə öhdəliklərini yerinə yetirmələrinə yardım etməkdir.

 

Bank, həmçinin investisiyaların iqlim dəyişikliyinə təsiri haqqında daha çox məlumat dərc edəcəyini və bu prosesi sürətləndirmək üçün digər qurumlarla aktiv işləyəcəyini qeyd edib.

 

“Qlobal çoxtərəfli inkişaf təşkilatı olaraq Dünya Bankı sürətlə dəyişən dünya ilə ayaqlaşmaq üçün öz əməliyyatlarını dəyişməyə davam edir. Dünya Bankı 2019-cu ildən sonra neft-qaz kəşfiyyatı və istehsalı layihələrini maliyyələşdirməyəcək”, - deyə bank bildirib.

 

Bankın 2017-ci il üçün illik hesabatına əsasən, bu ildə ümumilikdə 22,6 milyard dollarlıq maliyyələşmənin 4,4 milyard dolları enerji və dağ-mədən sənayesinə aid olub. Dünya Bankının 280 milyard dollarlıq aktivlərinin təxminən 2 faizi neft və qaz investisiyalarıdır.

 

© Azərtac

13.12.2017 12:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ