Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Özəl sektor ixracındakı kəskin artım xam neft ilə bağlı ola bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Özəl sektor ixracındakı kəskin artım xam neft ilə bağlı ola bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ilin Noyabr ayında Azərbaycanın özəl sektorunun ixracının aylıq müqayisədə 2,7 milyard dollar artması, böyük ehtimalla, xam neftin hansısa özəl şirkətin və ya şirkətlərin üzərindən ixrac olunması ilə bağlıdır.

 

“Marja”nın məlumatına görə, Azərbaycandan ixrac olunan qeyri-neft məhsullarının heç birinin ixracı bir ayda 2.7 milyard dollar arta bilməz.

 

2017-ci ilin Noyabr ayında özəl sektor ixracının Oktyabr ayı ilə müqayisədə sıçrayışla 2 milyard 689 milyon dollar artması sirr saxlanılır. Dövlət Gömrük Komitəsi "Marja"nın sorğusuna cavab olaraq, şərh verilməyəcəyini bildirib.

 

Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2017-ci ilin 10 ayı ərzində Azərbaycanın özəl sektorunun ixracı 1 milyard 691 milyon dollar təşkil etmişdi. Komitənin 2017-ci ilin 11 ayı üzrə açıqladığı statistikasında isə göstərilir ki, özəl sektorun ixracı təxminən 4 milyard 380 milyon dollar təşkil edib. Yəni, özəl sektor Noyabrda ixracını 2 milyard 689 milyon dollar artırıb. 

 
2016-cı ilin 11 ayında özəl sektorun ixracı 1 milyard 552 milyon 509 min dolar təşkil etmişdi.


 
Dövlət sektorunun ixracı isə illik müqayisədə 6 milyard 525 milyon 655 min dollardan 7 milyard 950 milyon 980 milyon dollara, aylıq müqayisədə isə Oktyabrın ayının sonundakı 7 milyard 201 milyon 327 min dollardan 7 milyard 950 milyon 980 milyon dollara yüksəlib.  
 

Qeyd edək ki, əsasən özəl sektorun ixracının kəskin artması nəticəsində Azərbaycanın ticarət əməliyyatlarının həcmi bu ilin Oktyabr ayının sonundakı 16 milyard 12 milyon  583 min dollar səviyyəsindən Noyabr ayının sonunda 20 milyard 291 milyon 683.43 min dollar səviyyəsinə yüksəlib.

 
Azərbaycanın ixracı isə  bir ayda 9 milyard 54 milyon 202 min dollardan 12 milyard 500 milyon 979 min dollara qalxıb.

13.12.2017 13:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ