Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Banka əmanət qoymaq asanlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banka əmanət qoymaq asanlaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank VTB (Azərbaycan)-da onlayn rejimdə depozit sifariş etmək mümkündür


 

Xidmət keyfiyyətini yüksəltmək məqsədi ilə bank VTB (Azərbaycan) korporativ sayt vasitəsi ilə depozit hesabının onlayn sifariş funksiyasını tətbiq edib.

 

Yeni xidmət bütün tələb olunan sənədlərin hazırlanmasına ayrılan vaxta qənaət etməyə imkan verərək, əmanət hesabı açmaq istəyən müştərinin maksimal dərəcədə rahatlığını təmin edir.

 

Depozit hesabının açılmasını sifariş etmək üçün müştəriyə bankın www.vtb.az saytına daxil olaraq “Depozitin onlayn sifarişi” bölməsini seçib, açılan ərizəni doldurmaq kifayət edir. Sifarişi qəbul etdikdən sonra bankın əməkdaşı sifarişçi ilə əlaqə saxlayıb bankın ofisinə gəlib tələb olunan sənədləri imzalamaq üçün müştəriyə uyğun vaxt təyin edir. Bundan başqa, müştəri depozitin aylıq hesablanan faizlərini plastik kart vasitəsi ilə almaq istəyirsə, əlavə olaraq pulsuz plastik kart da onlayn rejimdə sifariş edə bilər. Beləliklə, banka gəldikdə, müştəri operativ şəkildə depozitini yerləşdirib, eləcə də depozit plastik kartı əldə edə bilər.

 

Xatırladaq ki, VTB (Azərbaycan) “Sərfəli”, “Universal” və “Sərbəst” depozitləri üzrə əlverişli şərtlər təklif edir. Seçilmiş depozitdən asılı olaraq maksimal faiz dərəcəsi 12% təşkil edir və hesabı manat, rubl və ya dollarda açmaq olar.

13.12.2017 13:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ