Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Uçot dərəcəsini artıraraq səhnədən gedir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Uçot dərəcəsini artıraraq səhnədən gedir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Birjalar artıq 100% əminlik yaranıb ki, ABŞ Federal Ehtiyat Sistemi (Federal Reserve System, FED) bu gün uçot dərəcəsini 25 faiz-bənd artıraq 1,25-1,50% səviyyəsinə çatdıracaq. Cerom Pauellin FED rəhbəri təyin olunması bu qərara təsir etməyəcək, çünki o səlahiyyətlərinin icrasına növbəti ilin fevralında etibarən başlayacaq. Pauell hər zaman FED rəhbərliyi ilə eyni fikirdə olub. Bu baxımdan FED-in yeni rəhbəri də stabilliyi təmin edəcək şəxs kimi qiymətləndirilir. Sürprizlər baş verməzsə, böyük ehtimalla, elə də olacaq.


 
Hesab edilir ki, Pauell 2008-2009-cu illərdə hökm sürən qlobal maliyyə böhranından sonra qüvvəyə minən bəzi qaydaların tənzimlənməsi ilə məşğul olacaq. Onun FED-in sabiq rəhbərləri Ben Bernanke və Canet Yellendən əsas fərqi ondadır ki, Pauell keçmiş investisiya bankiridir. Bernanke və Yellen isə təhsil sahəsində çalışıblar. Pauell yalnız iki halda fövqəladə qərarlar verə bilər: ABŞ böhran vəziyyətinə daxil olarsa və ya inflyasiya və iqtisadi artım proqnozlaşdırılandan daha çox sürətlənərsə. Böhran vəziyyətində Pauellin qəbul edə biləcəyi qərarlar barədə hər hansı mülahizə yürütmək çətindir.

Reklam_3_11


 
Qayıdaq bu gün başa çatacaq iclasa. Hesab edirik ki, iclasda qəbul olunacaq qərar bazarları təəccübləndirməyəcək. Belə ki, uçot dərəcəsinin artırılacağı olduqca gözləniləndir. Bir daha xatırladaq ki, FED rəhbərliyi gələn ilin fevral ayında yenidən formalaşacaq. Bu baxımdan iclasın ardından baş tutacaq ənənəvi mətbuat konfransında Yellenin dedikləri yekun xarakterli olacaq. Başqa sözlə, çətin ki, tənzimləyicinin rəhbəri FED-in 2018-ci ildə yürüdəcəyi siyasətlə bağlı nə isə desin.

 

FED iqtisadi göstəricilərə reaksiya verir. Maliyyə durumuna nəzər salsaq, məlum olur ki, uçot dərəcəsinin bir neçə dəfə artırılması bu sahəyə müsbət təsir edib. Bu baxımdan uçot dərəcəsinin artırılmasını birbaşa mənada pul-kredit siyasətinin sərtləşdirilməsi kimi qələmə vermək doğru deyil.

 

Treyderlər hesab edir ki, bu gün açıqlanacaq qərar neftin və digər xammalın qiymətinə ciddi təsir etməyəcək.

 

© APA

13.12.2017 14:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ