BFB və AZPROMO dəyirmi masa keçirib

13 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasının (BFB) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birlikdə Bakı Biznes Mərkəzində “Azərbaycan Kapital bazarları vasitəsilə maliyyələşmənin yolları və buna təsir edən amillər” mövzusunda dəyirmi masa keçirilmişdir.

 

Bakı Fond Birjasından "Marja"ya daxil olmuş məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Fond Bazarı iştirakçılarının Asosasiyasının və müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak etmişdir.

 

Tədbiri giriş sözü ilə açan AZPROMO-nun vitse prezidenti Murad Abdullayev investisiyaların təşviqi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək, Azərbaycanda sahibkarlığın inkişafında kapital bazarlarının önəmindən danışdı.

 

Bakı Fond Birjasının İdarə Heyətinin sədri Vüqar Namazov cıxış edərək, tədbir iştirakşılarına kapital bazarlarının maliyyə sistemində tutduğu vacib və əhəmiyyətli rolundan danışdı. Azərbaycan iqtisadiyyatında maliyyə axınlarının kapital bazarları vasitəsi ilə diversifikasiyası və bu sahədə BFB-tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verdi. V. Namazov şirkətlərin maliyyələşməsində kapital bazarlarının rolunun artırılması üçün mövcud imkanlardan bəhs etdi.

 

Bu kimi tədbirlər “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair “Strateji Yol Xəritəsi”-nə müvafiq olaraq sahiblik düşüncə tərzinin dəyişdirilməsi və kapital bazarlarının təşviqinə xidmət edir.

 

Sonra şirkətlərin Listinqinə çıxışına maneə olan amillərin müəyyən edilməsi, investorların Kapital Bazarlarından gözləntiləri, Listinqin təşviq edilməsi üçün təklif olunan addımlar, eləcədə şirkətlər nümayəndələrini maraqlandıran digər məsələlər ətrafında geniş diskussiyalar aparıldı.

 

Sonda iştirakçılar tərəfindən bu kimi tədbirlərin mütəmadi keçirilməsi qərara alındı.

13 Dekabr 2017 , 17:40   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin