Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Rusiya kolbasasına Azərbaycan duzu vurulacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya kolbasasına Azərbaycan duzu vurulacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyanın Leninqrad vilayəti Lomonosov rayonunun Villozi kəndində kolbasa və digər ət məmulatlarının hazırlanmasında əvəzolunmaz inqrediyent sayılan nitrit duzunun istehsalı üçün zavod fəaliyyətə başlayacaq. 

 

Reklam_3_11

 Rusiya KİV-ləri xəbər verir ki, bu, ölkədə ilk belə zavoddur. 

 

Bu maddə Avropanın sanksiya təqbiq etdiyi nitrit-duzlama qarışıqlarına alternativ ola bilər. Yerli duzun istifadə olunması sayəsində Rusiyada ət məhsullarının maya dəyəri ucuzlaşa bilər. Bu məhsulun istehsalına yatırılan sərmayənin həcmi 60 mln. rubl təşkil edir. İstehsala qoyulan vəsaitin 3-4 ilə götürülməsi planlaşdırılır.

 

Fevralın əvvəlində tam gücü ilə işləməyə başlayacaq zavodun istehsal sahələrində artıq Rusiya və İspaniya istehsalı olan müasir avadanlıqlar quraşdırılıb. Zavodun ilk iş ayında təxminən 1,5 min ton məhsulun buraxılması nəzərdə tutulur. Gələcəkdə məhsulun istehsal həcmi ayda 2 min tona qədər artırılacaq. Müəssisədə xammal kimi Azərbaycan duzundan istifadə olunacaq.

 

Rusiyada nitrit-duzlama qarışıqlarının istehsalı zavodu təkcə Leninqradda deyil, bu ilin yay aylarında Moskva vilayətində də olacaq.

 

Qeyd edək ki, Villozi kəndində fəaliyyətə başlayan zavod Rusiyanın “Sol Rusi” kampaniyasına məxsusdur.

 

© Report

18.01.2017 15:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ