Fed, 2018-də neçə dəfə faiz artırmağı nəzərdə tutduğunu açıqladı

Fed, 2018-ci ilin son pul siyasəti iclasını keçirib.
 

Fed-in Federal Açıq Bazar Komitəsi (FOMC) Çərşənbə günü başa çatan Dekabr ayı pul siyasəti iclasının ardından bəyanat yayıb. 


"Marja"nın məlumatına görə, bəyantda bildirilir ki, Fed rəsmiləri 2018 ildə faizlərin 3 dəfə artırılacağını nəzərdə tuturlar. Beləliklə, Fed proqnozunu dəyişdirməyib.

 

Bazarlar da gələn il faizlərin 3 dəfə artırılacağını gözləyirdi və bu gözlənti Dolların qiymətində indiyədək öz əksini tapmışdı. Əgər, Fed 2018-ci ildə 4 dəfə faiz artıracağını gözlədiyini açıqlasaydı, bu sürpriz olardı və Dollar güclənə bilərdi.  
 


Fed-in proqnozu ilə bazarların proqnozu üst-üstə düşdüyündən, Dollar mühüm valyutalar qarşısında dəyərdən düşüb. Saat 00:08-ə olan məlumata görə,  Avro/Dollar məzənnəsi 0,6% artaraq 1.1817 səviyyəsinə qalxıb (Avro bahalaşıb, Dollar ucuzlaşıb).
 
 
Fed faizləri bazar gözləntisinə paralel olaraq 25 bənd artırıb. Uçot dərəcəsi 1,00%-1.25% aralğından 1,25%-1.50% aralığına qaldırılıb.

 

13 Dekabr 2017, 23:16   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin