Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yellenin çıxışından başlıqlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yellenin çıxışından başlıqlar

Fevral ayında vəzifəsini Fed üzvü Jerome Pauell-ə təhvil verəcək Fed sədri Janet Yellen, dünən faiz qərarından sonra keçirdiyi mətbuat konfransında, faizlərin mərhələli şəkildə artırılacağını, Fed-in gələn il faizləri 3 dəfə artıra biləcəyini nəzərdə tutduğunu açıqladı.

 

Reklam_3_11

Yellenin çıxışından başlıqlar:


-İqtisadi artım 2-ci və 3-cü rübdə güclü idi.
 
-İlk rübdəki ləngimədən sonra iqtisadi inkişaf ikinci və üçüncü rübdə sürətləndi.
  
-İqtisadiyyatın mülayim bir sürətlə böyüməyə davam edəcəyini gözləyirik.
 
- Vergi siyasətində dəyişikliklər növbəti illərdə, yəqin ki, iqtisadi inkişafı artıracaq.
 
-Vergi dəyişikliklərinin edəcəyi makroiqtisadi təsirlər qeyri-müəyyəndir.
 
-Məşğulluq bazarında şərtlərin bir az da möhkəmlənəcəyini proqnozlaşdırırıq.
 
-Məşğulluq bazarının həddindən artıq "qızmasına" yol vermək pul siyasətini ani şəkildə sərtləşdirmək ehtiyacı riskini artırır.
 
-İnflyasiyada bu il müşahidə edilən sürpriz zəiflik müvəqqəti görünür.
 
-Vergi siyasətində dəyişikliklər Fed-in ÜDM proqnozlarını qaldırmasını dəstəkləyib.
 
-Fed rəsmiləri vergi siyasətini "dəstəkləyən" bir amil kimi xarakterizə etdilər.
 
-Hələ də iqtisadiyyatda güclənmənin mərhələli faiz artırımları tələb edəcəyini gözləyirik.
 
-Federal fond faizinin neytral səviyyəyə çatması üçün çox sayda faiz artırılması lazımdır.
 
- Əgər iqtisadi mənzərə bunu tələb edərsə, Fed, vaxtı bitən istiqrazlardan gələn pulları yenidən investisiyaya yönəltməyə hazıdır.
 
-Yeni Fed sədri Ppauellin vəzifəsinə problemsiz bir başlanğıc etməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik.
 
-Fed rəsmilərinin çoxu proqnozlarına maliyyə təşviqlərini daxil edib.
 
-Proqnozlara təsir edən bir çox amil arasında vergi siyasəti dəyişiklikləri və gələn məlumatlar var.
 
-Gələn məlumatlar, pullar üzərində yalnız mülayim yuxarı istiqamətli təzyiqə işarə edir.
 
-Maaş artımlarının mülayim sürəti böyük ehtimalla yavaş məhsuldarlığı əks etdirir.
  
-Vergi planı çərçivəsində investisiyaların sürətlənməsi məhsuldarlığı artıra bilər.
 
-Səhmlərin dəyərləri tarixi səviyyələrin ən yüksək səviyyələrindədirlər.
 
-Səhmlərin həddindən çox bahalaşması Fed-in risk siyahısındadır, ancaq böyük bir amil deyil.
 
-Bitcoin olduqca abstrakt aktivir, Fed hər hansı bir tənzimləyici rol oynamır.
 
-Şəxsi olaraq ABŞ-ın borc vəziyyəti barədə narahatam.
 
-Mərhələli faiz artımlarının davam edəcəyni gözləyirik.
 
-Vergi paketenin milli borcu artıracağı proqnozlaşdırılır.
 
-Fed inflyasiya hədəfində dəyişiklikləri müzakirə etmədi.
 
- İnflyasiya hədəfini dəyişdirməyi müzakirə etmirik və ya düşünmürük.
 
-Əgər neqativ şok ortaya çıxırsa, Fed-in faiz nisbətlərini aşağı salmaq üçün "yer" var.
 
-Yüksək aktiv qiymətləri məsələsində narahat deyilik.
 
 -Fed həll planları, sistem üçün əhəmiyyətli şirkətlərin strukturu üzərində işləməyə davam edir.
  
 -Proqnozlar mülayim şəkildə daha sürətli artım göstərir.

-İnflyasiyanın 2%-ə qalxması üçün çox güclü məşğulluq bazarının daha uzun bir zaman davam etməsi lazımdır.
 
-Qlobal mərkəz bankirlər rəqəmsal pulların potensial faydalarını müzakirə edirlər.
 
-Ancaq Fed rəqəmsal pul çıxarmağı ciddi şəkildə düşünmür.

 

14.12.2017 05:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ