Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-ın xam neft ehtiyatları azalıb, istehsalı artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft ehtiyatları azalıb, istehsalı artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın kommersiya (satış) məqsədli xam neft ehtiyatları ötən həftə 5,1 milyon barrel azalıb, xam neft hasilatı isə 9,78 milyon barelə yüksəlib.


 
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) hesabatına görə, ölkədəki kommersiya xam neft ehtiyatları ötən həftə 5,1 milyon barrel (1,1 faiz) azalaraq 443 milyon barrelə enib. Bazarların ehtiyatlara dair gözləntisi 3,7 milyon barrel azalacağı yönündə idi.

Reklam_3_11


 
EIA hesabatında, strateji xam neft ehtiyatlarının isə keçən həftə məhdud artımla 662,9 milyon barelə yüksəldiyi qeyd edilib.


Hesabat həmçinin, ABŞ-ın həftəlik benzin ehtiyatlarının 5,7 milyon barel (2,6 faiz) artaraq 226,5 milyon barelə qalxdığını göstərib. Bazarlar benzin ehtiyatlarının 2,4 mln. barel artmasını gözləyirdi.


 
XAM NEFT İSTEHSALINDA ARTIM DAVAM EDİR


 
Həmçinin EIA, ölkənin xam neft hasilatının əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 73 min barel artaraq 9,78 milyon barelə çatdığını açıqlayıb.


 
Ölkənin xam neft ixracı isə sözügedən həftədə, bir əvvəlki həftəyə nisbətən gündəlik 272 min barel azalaraq 1,08 milyon barelə enib. Həmin dövrdə, xam neft idxalı gündəlik 161 min barel artaraq 7,36 milyon barelə yüksəlib.

 

Bakı vaxtı ilə saat 09:00-da Brent nefti 62,80 dollardan alıcı tapıb.

14.12.2017 06:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ