Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dollar, Fed-in faiz qərarından sonra ucuzlaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar, Fed-in faiz qərarından sonra ucuzlaşıb

Dollar, Fed-in faiz qərarını açıqlamasının ardından ucuzlaşıb. "Marja" xəbər verir ki, Fed, gözlənildiyi kimi faizləri artırdı, ancaq gələn il üçün faiz artırımları artırımı proqnozunda dəyişikliklər etmədi. Yəni, bazarlar üçün sürpriz yoxdur.
 

Fed bəyan edib ki, 2018-ci ildə 3 dəfə faiz artıra biləcəyini gözləyir. Bu ABŞ Mərkəzi Bankının Sentyabr ayındakı proqnozu ilə eynidir. Bazarlar da gələn il faizlərin bu sayda artırılacağını gözləyirdi və bu gözlənti Dolların qiymətində indiyədək öz əksini tapmışdı. Əgər, Fed 2018-ci ildə 4 dəfə faiz artıracağını gözlədiyini açıqlasaydı, bu sürpriz olardı və Dollar güclənə bilərdi.  


Fed-in proqnozu ilə bazarların proqnozu üst-üstə düşdüyündən, Dollar mühüm valyutalar qarşısında dəyərdən düşüb.

 

Dolların altı böyük pul qarşısındakı vəziyyətini göstərən Dollar İndeksi 0.7% düşüb.
 

Treyderlər və analitiklər Dolların Fed-in faiz proqnozlarında dəyişikliyə getməməsilə təzyiq altında qaldığını bildirib.
 

Dollar/yen məzənnəsi 0.9% geriləyib.
 

Avro isə dollar qarşısında 0.7 faiz yüksəlib və 1.1836 səviyyəsinə çıxıb.

 

Xəbər verdiyimiz kimi, dünən Fed faizləri 25 bənd artıraraq 1,00%-1.25% aralğından 1,25%-1.50% aralığına qaldırıb.

 

14.12.2017 06:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ