Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Unibank” istiqraz təklifinin səbəblərini açıqlayıb - DETALLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Unibank” istiqraz təklifinin səbəblərini açıqlayıb - DETALLAR

 

Unibank 2017-ci ilin 30 Dekabr tarixinədək 10 milyon dollarlıq istiqrazlarını yerləşdirməyi planlaşdırır.

Reklam_3_11

 

Xəbər verdiyimiz kimi, “Unibank” Kommersiya Bankı ASC faizli, sənədsiz adlı, təmin edilməyən hər birinin nominal dəyəri 10  min dollar olan 1000 ədəd istiqraz buraxıb. Tədavül müddəti 6 ildir.

 

“Marja”nın məlumatına görə, Emissiya Prospektində istiqraz üzrə gəlirlilik illik 6%, faizlərin ödəniş dövrü hər rübdə bir dəfə olmaqla (cəmi 24 dəfə) müəyyən olunub. Unibankın istiqrazı SOCAR-ın 5% gəlirliyi olan istiqrazından daha yüksək qazanc vəd edir. Lakin Unibankın emisiyası, SOCAR-ın emisiyası ilə müqayisədə çox azdır. Eyni zamanda, Dollara 6% gəlir təklifi bankların Dollar əmanətlərinə verdikləri faiz gəlirindən ən azı 3 dəfə yüksəkdir.

 

ƏLDƏ EDİLƏCƏK VƏSAİT NƏ ÜÇÜN İSTİFADƏ OLUNACAQ?

 

Unibank bəyan edib ki, istiqrazların yerləşdirilməsindən əldə ediləcək vəsait qeyri-neft iqtisadiyyatı sahələrinin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Bu da ölkənin ixrac potensialını artıracaq, bölgələrdə iqtisadi inkişafa kömək olacaq və məşğulluğu artıracaqdır. Vəsait əsasən kiçik və orta sahibkarların maliyyələşdirilməsinə yönəldiləcəkdir.

 

Əldə olunacaq vəsaitlərin digər müəssisələrin alışını maliyyələşdirmək, borcları qaytarmaq və ya restrukturizasiya etmək, emitentin əsas fəaliyyətinə aidiyyatı olmayan aktivlərin alınmasına yönəltmək nəzərdə tutulmayıb.

 

İstiqrazların yerləşdirilməsi Bakı Fond Birjasının ticarət platforması vasitəsilə həyata keçiriləcəkdir. 

 

Daha ətraflı: http://www.unibank.az/uploads/file/Unibank_Istiqrazlar%C4%B1n_Emissiya%20Prospekti_2017.pdf

14.12.2017 07:35

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ