Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Həştərxanda Azərbaycan biznes mərkəzinin tikintisi yekunlaşmaq üzrədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Həştərxanda Azərbaycan biznes mərkəzinin tikintisi yekunlaşmaq üzrədir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya Federasiyasının Həştərxan vilayətində Azərbaycan biznes mərkəzinin tikintisi yekunlaşmaq üzrədir. Bu barədə vilayətin qubernatoru Aleksandr Jilkin bildirib.

 

"Noyabrda Həştərxanda İran ticarət evinin açılışı baş tutub. Bununla yanaşı, Azərbaycan biznes mərkəzinin tikintisi yekunlaşmaq üzrədir", - deyə o bildirib.

 

Qubernator xatırladıb ki, gələn həftə Azərbaycana səfər edəcək: "Səfər çərçivəsində Həştərxan biznes mərkəzinin tikintisi üçün ayrılmış yerə baxış keçirəcəyik. Bununla yanaşı, biz gələn il üçün fəaliyyət planını da müzakirə edəcəyik".

 

Bundan öncə xəbər verdiyimiz kimi, A.Jilkin gələn həftə Azərbaycana səfər edəcək. Səfər çərçivəsində A.Jilkin bir sıra kommersiya layihələrinin reallaşdırılmasını müzakirə edəcək. Bildirilir ki,  qubernator ölkə rəhbərliyi ilə görüşündə 2018-ci ildə reallaşdırılması nəzərdə tutulan layihələrlə bağlı təkliflər irəli sürəcək.

 

"Məhz azərbaycanlı investorlar 2017-ci ildə sürətlə inkişaf edən "Lotos" xüsusi iqtisadi zonasının ilk xarici iştirakçıları oldular. Azərbaycan ATEF şirkətlər qrupu elektrotexniki avadanlıqların istehsalı üçün nəzərdə tutulmuş zavodun tikintisinə başlayıb. Layihə üçün sifariş verilən investisiyaların məbləği 1,1 milyard rubldan çoxdur", - deyə o vurğulayıb.

 

© APA

14.12.2017 07:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ