Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Xaçmazda 2500 hektar əkildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xaçmazda 2500 hektar əkildi

Xaçmaz rayonunda son iki ildə 2 min 553 hektar yeni fındıq bağları salınıb.

 

Keçən il rayonda 2037, bu ili ötən dövründə isə 516 hektar fındıq tingi əkilib. Yeni bağların salınması davam edir. Gələn ilin mart ayınadək rayonda daha 1500 hektar fındıq bağlarının salınması nəzərdə tutulub.

 

Xaçmaz Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Azər Haqverdiyev bildirib ki, Xaçmaz respublikada fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biridir. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulur ki, bunun da 5 min 16 hektarı Xaçmaz rayonunun payına düşür. Bununla bağlı rayonda xüsusi qərargah yaradılıb və ilk növbədə, yeni fındıq bağlarının əkilməsi nəzərdə tutulan ərazilər müəyyənləşdirilib. Bu sahələrin 2 min 70 hektarı dövlət, 2 min 946 hektarı bələdiyyə mülkiyyətinə aiddir. Həmin torpaqların 736 hektarı suvarılan, 4280 hektarı suvarılmayan ərazilərdir. Mövcud 4 min 266 hektar bar verən fındıq bağlarından yeni bağların salınması üçün təxminən 2 milyon fındıq pöhrəsinin tədarük edilməsi nəzərdə tutulub.

 

Xaçmaz rayonunda, ümumilikdə, 6 min 819 hektar fındıq bağı var ki, bunun da 4 min 266 hektarı barverəndir.

 

© Azərtac

14.12.2017 09:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ