Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Qara bazar”da dolların bir qədər də qalxdığı bildirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qara bazar”da dolların bir qədər də qalxdığı bildirilir

 Bakıdakı “qara bazar”larda dolların bir qədər də qalxdığı bildirilir.

 

“Marja”nın əldə etdiyi məlumata görə, “Neftçilər”, “Xalqlar Dostluğu” və “Nərimanov” metro stansiyaları yaxınlığında fəaliyyət göstərən alverçilər bu gün dolları 1.8350 manata alıb, 1.85 manata satırlar. 

 

Bunu da qeyd edək ki, öz müştərilərinə dolları 1.83 manata satan alverçilər də var. Onlar dolları 1.81 manatdan qəbul edirlər.

 

Məlumata görə, artıq  bir neçə qanunsuz satış nöqtəsi bağlanıb, bir sıra satış yerləri isə əllərində dolların olmadığını bildirirlər.

 

Dünən axşam “qara bazar”da dolları 1.84 - 1.8450 manata almaq olurdu.

 

Dolların bahalaşması “qara bazar”a qarşı aparılan mübarizə tədbirləri ilə bağlı ola bilər. Hökumət “qara bazara” dollar ötürən bankirləri aşkar etmək üçün hərəkətə keçib. Bu da  qanunsuz bazara verilən dolları azaldıb. Dolların az məbləğlərdə də olsa banklarda satılmasına nail olmağa çalışılır.

 

Həmçinin bu gün Mərkəzi Bankın sədri Elman Rüsrəmov bildirib ki, tezliklə Azərbaycan “üzən məzənnə” sisteminin tətbiqənə başlayacaq. Dolların bahalaşmasına bu xəbər də təsir edə bilər. Çoxları hesab edir ki, “üzən məzənnə” yə keçilən gün Manat Dollar qarşısıda yenidən kəskin dəyərdən düşəcəkdir.

 

Bundan başqa,  Elman Rüstəmov bildirib ki, “qara bazar”a qarşı mübarizə aparılır və ictimaiyyət yaxın zamanlarda bunun nəticəsini görəcəkdir.

12.12.2016 11:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ