Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ABŞ neftin qiymətinə dair proqnozunu artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ neftin qiymətinə dair proqnozunu artırıb

“Brent” markalı xam neftin bir barrelinin bu il üçün orta qiyməti 54 dollar olacaq.

 

Reklam_3_11

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatında deyilir.

 

Hesabata görə, “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin bu il 54 dollar, gələn il 57 dollar səviyyəsində olacağı nəzərdə tutulur. Bu proqnoz EIA-nın əvvəlki hesabatındakı proqnoz ilə müqayisədə 1 dollar/barrel çoxdur. EIA noyabr ayındakı proqnozunda “Brent”in bu il üçün orta qiymətinin 53 dollar, 2018-ci ildə isə 56 dollar olacağını planlaşdırırdı.

 

ABŞ-ın Enerji İnformasiya Administrasiyasına görə, Qərbi Texas növü “Layt” markalı xam neftin bir barrelinin orta qiyməti bu il 50,5 dollar, gələn il 53 dollar səviyyəsində olacaq. EIA noyabrdakı proqnozunda isə “Layt”ın bu il üçün orta qiymətinin 50 dollar, gələn il 51 dollar olacağını nəzərdə tuturdu.

 

EIA “qara qızıl”ın qiymətinə dair proqnozun artırılmasına səbəb kimi neftin qiymətinin ötən ay və bu ayın əvvəlində son 2 ilin maksimumuna çatmasını, eləcə də, qlobal neft ehtiyatlarının azalmasını, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrinin neft hasilatını azaltmağa dair sazişin müddətini gələn ilin sonunadək artırmalarını göstərib.

 

© Azərtac

14.12.2017 11:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ