Palata və Mərkəzi Bankın statistikalarındakı fərqə aydınlıq gətirilib
Maliyyə Bazarlarına Nəzarət Palatası, statistik göstəricilərinin Mərkəzi Bankın açıqladığı statistik göstəricilər ilə üst-üstə düşməməsinə aydınlıq gəririb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından "Marja"ya bildirilib ki, Palata tərəfindən açıqlanan məlumatlar nəzarət məqsədi ilə təqdim olunmuş hesabatlar əsasında icmallaşdırılır:
"Bu çərçivədə maliyyə institutlarına verilmiş kreditlər “Banklar da daxil olmaqla, maliyyə institutlarına kreditlər” kateqoriyası üzrə qruplaşdırılır.
Bundan əlavə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri nəzarət məqsədləri üçün hüquqi şəxs kateqoriyasına aid edilir. Bütövlükdə isə, icmal göstəricilərdə fərq müşahidə edilmir".
Mərkəzi Bank isə bildirir ki, göstəricilər Beynəlxalq Valyuta Fondunun "Pul və Maliyyə Statistikası" metodologiyasına əsasən hesablanır və bu barədə statistikalarda qeyd olunur. Həmçinin, Mərkəzi Bankın "Fiziki şəxslərin əmanətləri" göstəricisinə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin əmanətləri daxildir.
XXX
Azərbaycanın bank sektorundakı vəziyyətlə bağlı Mərkəzi Bankın (AMB) və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistik göstəricilər üst-üstə düşmür.
Məsələn, AMB bu il noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının kredit portfelinin 11 milyard 732 milyon manat olduğunu bəyan edib. MBNP isə həmin tarixə açıqladığı icmalda bankların müştərilərə verdiyi kreditlərin 11 milyard 707,5 milyon manat olduğunu göstərib. Yəni, arada 24,5 milyon manatlıq fərq var.
Başqa bir misal, AMB oktyabrın sonuna olan vəziyyətə görə, əhalinin banklardakı əmanətinin 7 milyard 280,116 milyon manat olduğunu bildirib. MBNP-nin həmin tarixə aid icmalında isə fiziki şəxslərin banklardakı depozitləri 7 milyard 250,2 milyon manat göstərilir. Göründüyü kimi, fərq təxminən 30 milyon manatdır.
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 40 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 1 saat əvvəl
- 16 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
19 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 20 saat əvvəl