Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Palata və Mərkəzi Bankın statistikalarındakı fərqə aydınlıq gətirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata və Mərkəzi Bankın statistikalarındakı fərqə aydınlıq gətirilib

Maliyyə Bazarlarına Nəzarət Palatası, statistik göstəricilərinin Mərkəzi Bankın açıqladığı statistik göstəricilər ilə üst-üstə düşməməsinə aydınlıq gəririb.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasından "Marja"ya bildirilib ki, Palata tərəfindən açıqlanan məlumatlar nəzarət məqsədi ilə təqdim olunmuş hesabatlar əsasında icmallaşdırılır:

 

"Bu çərçivədə maliyyə institutlarına verilmiş kreditlər “Banklar da daxil olmaqla, maliyyə institutlarına kreditlər” kateqoriyası üzrə qruplaşdırılır.

 

Bundan əlavə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri nəzarət məqsədləri üçün hüquqi şəxs kateqoriyasına aid edilir. Bütövlükdə isə, icmal göstəricilərdə fərq müşahidə edilmir".

 

Mərkəzi Bank isə bildirir ki, göstəricilər Beynəlxalq Valyuta Fondunun "Pul və Maliyyə Statistikası" metodologiyasına əsasən hesablanır və bu barədə statistikalarda qeyd olunur. Həmçinin, Mərkəzi Bankın "Fiziki şəxslərin əmanətləri" göstəricisinə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin əmanətləri daxildir. 

 

XXX

 

Azərbaycanın bank sektorundakı vəziyyətlə bağlı Mərkəzi Bankın (AMB) və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistik göstəricilər üst-üstə düşmür.

 

Məsələn, AMB bu il noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının kredit portfelinin 11 milyard 732 milyon manat olduğunu bəyan edib. MBNP isə həmin tarixə açıqladığı icmalda bankların müştərilərə verdiyi kreditlərin 11 milyard 707,5 milyon manat olduğunu göstərib. Yəni, arada 24,5 milyon manatlıq fərq var.

 

Başqa bir misal, AMB oktyabrın sonuna olan vəziyyətə görə, əhalinin banklardakı əmanətinin 7  milyard 280,116 milyon manat olduğunu bildirib. MBNP-nin həmin tarixə aid icmalında isə fiziki şəxslərin banklardakı depozitləri 7 milyard 250,2 milyon manat göstərilir. Göründüyü kimi, fərq təxminən 30 milyon manatdır. 

 

© Renkinq

14.12.2017 15:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ