Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Atasından qalan qəzeti nəhəng şirkətə çevirdi və 52 milyard dollara satdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Atasından qalan qəzeti nəhəng şirkətə çevirdi və 52 milyard dollara satdı

"Walt Disney" şirkəti Fox-u 52 milyard dollara satın aldı



 
"Walt Disney" və "Fox" arasında, əyləncə və media sektorunda uzun müddətdir gözlənilən satınalma rəsmən baş verdi. 


"Marja" xəbər verir ki, "Walt Disney" tərəfindən verilən rəsmi açıqlamaya görə, 52.4 milyard dollar qarşılığında qəti olaraq razılığa gəlinib.


 
"Walt Disney", media dünyasında "daşları yerindən oynada biləcək" müqavilə çərçivəsində "21st Century Fox" şirkətinə məxsus kabel,  beynəlxalq TV əməliyyatları ilə bərabər "Twentieth Century Fox Film", TV studiyalarını və bütün aktivlərinin də sahibi olacaqdır.

 

"Walt Disney" şirkəti "21st Century Fox"un təxminən 13.7 milyard dollar məbləğindəki borcunu da ödəyəcək. Beləliklə, prosesin ümumi böyüklüyü 66.1 milyard dollar olacaq.


"Walt Disney" bu satınalma ilə bütün dünyadakı müştərilərinə daha yaxşı məzmun yaratmaq və daha artıq maraq oyadan əyləncələri təqdim etmək istəyir.


 
FOX yayım şəbəkəsinə  "Fox News","Fox Business Network", FS1, FS2 və "Big Ten Network" kimi platformalar daxildir. 


"Walt Disney", müqavilə ilə "21st Century Fox"un dünya miqyasında tanınan Avatar, The Simpsons, Modern Family, X-Men, Fantastic Four, The Grand Budapest Hotel, Hidden Figures, Gone Girl, The Shape of Water və The Martian kimi bir çox məhsulların hüquqlarını da əldə edəcək. 


 
FX Networks, National Geographic Partners, Fox Sports kimi bir çox kanal ilə bərabər, şirkətin  Hulu və Sky-daki 39% səhmi də "Walt Disney"in tərkibinə keçəcək.


 
 Fox-un sahibi 86 yaşlı Rupert Murdoch, hələ 21 yaşında atasından miras qalan tək bir yerli qəzeti beynəlxalq media və film şirkətinə çevrilmişdir.

14.12.2017 14:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ