Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İnhisarın azalması ilə xarici ticarətlə məşğul olanlar kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İnhisarın azalması ilə xarici ticarətlə məşğul olanlar kəskin artıb

Azərbaycanda idxal və ixrac əməliyyatları ilə məşğul olanların (xarici iqtisadi fəaliyyət iştirakçıları) sayı kəskin artıb.

 

“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 2016-cı ildə 2015-ci illə müqayisədə 2 dəfə artaraq 14055-ə çatıb. 2014-cü ildə 6372 şəxs, 2015-ci ildə 7159 şəxs xarici iqtisadi fəaliyyət iştirakçısı idi.

 

Ötən il xarici iqtisadi fəaliyyət ilə məşğul olmuş 14055 şəxsin 8620-si fiziki şəxs, 5435-i hüquqi şəxs olub. 2015-ci ildə 3 566 fiziki şəxs, 3 593 hüquqi şəxs ixrac və idxal əməliyyatları ilə məşğul olmuşdu.

 

2016-cı ildə xarici iqtisadi fəaliyyət ilə məşğul olan şirkətlərin (hüquqi şəxslərin) sayı 1842 şəxs artaraq 5435-ə yüksəlib.

 

Xarici iqtisadi fəaliyyət ilə məşğul olan fiziki şəxslərin sayı daha çox artıb. 2016-cı ildə belə fəaliyyətlə məşğul olan fiziki şəxslərin sayı 5054 şəxs artaraq 8620-yə çatıb.

 

Ticarət əlaqələri qurulan ölkələrin də sayı artır. 2016-cı ildə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişlər. 2014-də ölkələrin sayı 150, 2015-ci ildə isə 165 olmuşdu.

 

Xarici iqtisadi fəaliyyət iştirakçılarının sayının artması idxalda inhisarın azalılması ilə əlaqələndirilir.

 

Göstəricilər

2014-cü il

2015-ci il

2016-cı il

Xarici ölkələrin sayı

150

165

186

XİF iştirakçılarının sayı o cümlədən:

6 372

7 159

14055

- Fiziki şəxslər üzrə

2 645

3 566

8620

- Hüquqi şəxslər üzrə o cümlədən:

3 727

3 593

5435

- dövlət sektoru

278

244

251

- özəl sektor

3 449

3 349

5184

19.01.2017 07:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ