Ən yuxarı (mobil)_30

Naxçıvan Avtomobil Zavodu yenidən işə düşə bilmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvan Avtomobil Zavodu yenidən işə düşə bilmir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ilin 11 ayı (yanvar-noyabr) ərzində Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal olunub. Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı Naxçıvan Avtomobil Zavodudur.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, 2017-ci ilin yanvar-iyul, yanvar-sentyabr, yanvar-oktyabr aylarında da Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilmişdi. Beləliklə, 4 aydır Naxçıvan Avtomobil Zavodunda istehsal dayanıb.


 
01.12.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 120 ədəd təşkil edib. 01.11.2017-ci il tarixində hazır məhsul ehtiyatı 123 ədəd idi. 3 ədəd avtomobil Ali Məclis tərəfindən alınaraq əlillərə hədiyyə olunub.

 

Avtomobillər satılmadığından Naxçıvan Muxtar Respublikası Ali Məclisi zavoda dəstək verməyə çalışır. Avqust və Sentyabrda da zavodun bir neçə avtomobili alınaraq dövlət qurumlarına verilib.

 

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edir. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunur. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.

 

Məhsul növləri

2017-ci ilin yanvar-noyabr aylarında

istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.12.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Traktorlar, ədəd

1 317

130,0

4

Xüsusi təyinatlı kommunal maşınlar, ədəd

3 020

2,1d

461

Yük avtomobilləri, ədəd

71

1,0

2

Minik avtomobilləri, ədəd

30

11,1

120

Yüklərin daşınması üçün sair qoşqular və yarımqoşqular, ədəd

3

2,1

2

14.12.2017 15:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ