Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Tesla-nın TIR-na yeni rəqib: Thor

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tesla-nın TIR-na yeni rəqib: Thor
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-lı məşhur sahibkar Elon Musk-ın 16 Noyabrda təqdim etdiyi elektrikli yük avtomobili "Tesla Semi", nəqliyyatda yeni bir çağ açmağa hazırlaşsa da bazarda hakimi ola bilməyəcək.


 
"Marja" xəbər verir ki, adını Skandinaviya mifologiyasında ildırım tanrısı Thorun, "Marvel Comics"dəki super qəhrəman xarakterindən alan "Thor Trucks" şirkəti, 2019-cu ildə bazara çıxarmağı qarşısına məqsəd qoyduğu elektrikli TIR modeli "ET-One"ın prototipini nömayiş etdirib.


 
25 yaşlı sahibkar Dakota Semler tərəfindən Los Ancelesdə qurulan şirkətin ilk məhsulu "ET-One" yük avtomobilinin 480 kilometr mənzili var və 37 ton kiloqrama çatan ağırlıqda yükləri daşıya bilir. Avtomobilin başlanğıc qiyməti 150 min dollar olacaqdır. "Tesla Semi" üçün açıqlanan qiymətlər isə öncədən 5 min dollar depozit verərək sifariş siyahısına düşülməsindən sonra, 480 kilometr mənzilli vasitə üçün 150 min, 800 kilometr mənzilli versiya üçün isə 180 min dollardır.


 
Qarşısında "Transformers" aləmində "Decepticon"ların işarəsini xatırladan bir loqo yerləşən TIR, ənənəvi dizel mühərrikli yük maşınılara müqayisədə daha aşağı xərc vəd verir.

 

İldə 940 min ədəd istehsal edilən TIR sektorunda yer almağa çalışan Semler, "Bloomberg"ə verdiyi açıqlamada "Hər kəs bir Transformers istehsal etdiyimizi zənn edir" dediyi şirkətini öz cibindən maliyyələşdirib. Ancaq şirkətə nə qədər pul xərclədiyini açıqlamır. Semler-ın "Boeing", elektrikli avtomobil istehsalçısı "Faraday & Future" və Çin nəhəngi "BYD Auto"dan transfer olan 17 nəfərlik mühəndis briqadası, hələlik modifikasiya yönümlü çalışır. Yəni mövcud dizel mühərriklər çıxarılıb, yerinə elektrikli mühərriklər montaj edilir. Ancaq "Thor Trucks" da Tesla kimi öz batareyalarını istehsal etmək üçün araşdırmalara başlayıb.

14.12.2017 16:20

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ