Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

SOCAR: Avropa İnvestisiya Bankının qərarı TAP-ın icrasına hələlik təsir etmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR: Avropa İnvestisiya Bankının qərarı TAP-ın icrasına hələlik təsir etmir

SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Avropa İnvestisiya Bankı (European Investment Bank, EIB) tərəfindən TAP layihəsinə 1,5 mlrd. avro məbləğində kreditin ayrılmasının gələn ilin fevral ayınadək təxirə salınmasına münasibət bildirib.

 

E.Nəsirov bildirib ki, bu addım layihənin icrasına hələlik təsir etməyəcək: "Hələlik bu qərar layihənin icrasına təsir etmir. TAP layihəsi 2020-ci ilin əvvəlində istismara veriləcək".

 

Vitse-prezident qeyd edib ki, EIB bu qərarı bəzi amillərin təzyiqi altında atıb.

 

Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

 

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

 

Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.

 

© APA

14.12.2017 16:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ