Ən yuxarı statik reklam-3_3

Bitcoin Azərbaycana ciddi məbləğdə Dollar gətirə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bitcoin Azərbaycana ciddi məbləğdə Dollar gətirə bilər

Bitcoin Azərbaycana ciddi məbləğdə valyutanın daxil omasını təmin edə bilər. 

 

Bunu "Marja"ya kriptovalyutalar üzrə könüllü məsləhətlər verən Rəşad Camal Mehdiyev bildirib.

 

O qeyd edib ki, qeyri-neft ixracı ilə bərabər müasir texnologiyanın məhsulu olan, dəyəri sürətlə artan Bitcoin və digər virtual pullar ölkəmizə böyük məbləğlərdə valyuta gətirə bilər:

 

"Bitcoin ölkəmizə Dollar gətirmək vasitələrindən biridir. Bitcoin investisiya alətidir. Mənə belə gəlir ki, Mərkəzi Bank, banklar və digər investisiya qurumlarımız bu məsələnin üzərində işləsə, ölkəmizə ciddi məbləğdə valyuta daxil ola bilər. Virtual valyutalara investisiyalardan ölkəmizə, turizmdən qat-qat çox valyuta daxil ola bilər".

 

2017-ci ilin əvvəlində bir Bitcoin-in qiyməti təxminən 1000 dollar idi. Ötən müddət ərzində Bitcoin 17 dəfədən çox bahalaşıb və hazırda qiyməti 17 min dollardan çoxdur:

 

"Sadə şəkildə desək, əgər ilin əvvəlində 100 milyon dollarlıq Bitcoin alsaydıq, bu gün ölkəmizə 1 milyard 700 milyon dollar valyuta daxil ola bilərdi. Müqayisə üçün qeyd edim ki, 2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 1 milyard 218,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir. Bu gözəldir. Eyni zamanda, biz 100 milyon dolar investisiya ilə,qeyri-neft ixracımızdan daha çox valyuta daxilolmasına nail olardıq".

15.12.2017 03:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ