Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dünya maliyyə-texnoloji innovasiya şirkətləri öz təcrübələrini Bakıda paylaşacaqlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya maliyyə-texnoloji innovasiya şirkətləri öz təcrübələrini Bakıda paylaşacaqlar

Türkiyədə bank innovasiyalar lideri olan Denizbankın rəqəmsallaşma rəhbəri Gurhan Çam 17-18 Aprel tarixlərində Bakıda baş tutacaq regional “Rəqəmsal bankçılıq və təhlükəsizlik konfrans“ında spiker kimi çıxış edəcəkdir.

 

Reklam_3_11

Tədbirdə Denizbank və İntertech maliyyə texnologiya şirkəti banklara rəqəmsal bankçılığa tranformasiya imkanları və hazır həllər təqdim edəcək, bank avtomatlaşdırma proqram təminatlarının və avadanlıqlarını sərgiləyəcəkdir.

 

Gurhan Çam "FastPay", "Twitter Loan", "MobilDeniz", birbaşa bank xidməti platforması olan (DijitalDeniz) və digər premium klass bank məhsulların yaradıcılarındandır. Onun effektiv səyləri nəticəsində 3 il ardıcıl olaraq DenizBank “Dünyanın əv innovativ bankı” və “Qlobal İnnovator” adına layiq görülmüşdür. Həmçinin o Strateji marketinq və brend menecment sahəsində magistr dərəcəsi almışdır. O, hal hazırda Denizbankda Deputy CDO- baş rəqəmsallaşma müfətişi müavini vəzifəsində çalışmaqla mobil platformalar, birbaşa bank əməliyyatları, Cloud bank sistemləri, rəqəmsal ödəmə sistemləri, məhsulların idarə edilməsi və marketing sahəsinə rəhbərlik edir. Həmçinin o, İdarə Heyətinə İnnovasiya hesabatlarının rəhbəri və bankda Korporativ İnnovasiya proseslərini əlaqələndiricisidir.

 

Tədbir çərçivəsində maliyyə texnoloji avadanlıqların, proqram təminatlarının, bank avtomatlaşdırma sistemlərinin nümayiş sərgisi olacaq. Müasir ödəmə və identifikasiya vasitələri, biometrik ATM ilə yanaşı, "Unionpay", "AliPAY"(ALİBABA), "VİSA", "Mastercard" kimi maliyyə xidmətləri şirkətlərinin yeni innovativ təqdimatları gözlənilir.

 

Konfrans "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir və "FA International Trade Events" (www.futureadvantage.events) şirkətinin təşkilatçılığı ilə keçirilir. Tədbir barədə ətraflı məlumatı www.dbs-conference.org saytından əldə etmək olar.

 

15.12.2017 06:00

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ