Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qlobal hasilatın artması qiymətlər üzərində təzyiq yaradır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal hasilatın artması qiymətlər üzərində təzyiq yaradır

Beynəlxalq Enerji Agentliyi (IEA) və OPEC qlobal neft hasilatın artdığını açıqlayıblar. Hasilatın artması qiymətlər üzərində təzyiq yaradır.   
 

 
OPEC, hasilatın azaldılması müqaviləsini 2018-ci ilin sonuna qədər uzatsa da, ABŞ istehsal ilə üz-üzədir. Gələn il ABŞ-ın neft istehsalnın gündəlik 10 milyon bareli keçərək rekord qıracağı ehtimal edilir. 
 

Analitiklər bildirirlər ki, neftbazalardakı ehtiyatlar ilin əvvəlindən bu yana cüzi azalıb və bunun 2018-ci ildə də davam edəcəyi gözlənilir. Neftdə son qiymət artımı hələ də "kövrək" görünür. Bu səbəbdən hasilatın daha da artmasının qiymətlərin düşməsilə nəticələnəcəyi gözlənilir.

Reklam_3_11

 
 
Bakı vaxtı ilə 08:30-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında  57.14 dollardan, Brent nefti Londonda ICE Futures Europe birjasında 3 sent düşərək bareli 63.28 dollardan alıcı tapıb. Qiymətlər bu həftə çox dəyişməyib və bu il təxminən 11 faiz yüksəlib.  

 

OPEC-in Neft Bazarı Hesabatına görə, noyabrda qlobal neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 840 min barrel artaraq 97 milyon 440 min barrelə qalxıb.

 

Beynəlxalq Enerji Agentliyinə (IEA) görə, qlobal neft hasilatı noyabrda əvvəlki ayla müqayisədə gündəlik 200 min barel artımla 97 milyon 800 min barrelə yüksəlib.

 

Beynəlxalq Enerji Agentliyinin (IEA) "Aylıq Neft Bazarı Hesabatına" görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı əvvəlki aya nisbətən gündəlik 130 min barel azalaraq 32 milyon 360 min barel olub.

 
 Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) "Neft Bazarı Hesabatına" görə, OPEC-in gündəlik xam neft hasilatınoyabrda əvvəlki aya nisbətən 133 min barel azalaraq 32 milyon 450 min barrelə geriləyib.

15.12.2017 05:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ