Azərbaycan Neft Fondundan "Bitcoin" açıqlaması
Azərbaycan hökumətinin Bitcoin daxil kriptovalyutalra yatırım etməsi ilə bağlı çağırışlar səslənir. Bəzi Bitkoin istifadəçiləri ehtimal edir ki, bu sahəyə vaxtında yatırım etməklə indiyədək ölkəyə böyük vəsait gətirmək mümkün idi.
Amma ölkənin əsas investoru sayılan Neft Fondu bildirilib ki, fond bu bazarı izləsə də, onun böyük risklər daşıdığını və gələcəyi ilə bağlı "ciddi sualların olduğunu" hesab edir.
Fonddan bildirilib ki, ARDNF-in əsas fəaliyyəti vəsaitlərin idarə edilməsi sahəsidir və bir institusional investor olaraq Fond da dünya maliyyə bazarlarını, o cümlədən yeni trendləri daima izləyir və öz investisiya strategiyasında bunları nəzərə alır.
Ayrılıqda kriptovlayutalar bazarı xüsusi olaraq izlənilmir, lakin onların ümumi inkişaf trendləri, hazırki investor bazası, fərqli investorların bu barədə fikirləri öyrənilir, müvafiq araşdırmalar aparılır.
Fonddan xatırladıblar ki, ARDNF-nin investisiya fəaliyyəti, Azərbaycan Prezidenti tərəfindən təsdiq edilən İnvestisiya Qaydaları, İnvestisiya Siyasəti kimi müvafiq aktlarla tənzimlənir: "Amma bu sənədlərdə də nə potensial maliyyə aktivi, nə də valyuta kimi kriptovalyutalar yer almır və hal-hazırda da bununla bağlı hər hansı bir dəyişiklik nəzərdə tutulmur".
Fondun ekspertləri kriptovalyutalar bazarı ilə bağlı mövqelərini də açıqlayıblar: «Ümumiyyətlə hal-hazırda kriptovalyutalar dayanıqlı bir maliyyə aktivi və ya valyuta kimi hər hansı bir fundamental dəyərə əsaslanmır və bu alətlərə daha çox individual investorlar tərəfindən spekulyativ məqsədlərlə yatırımlar edilir. Təbii ki, çox yüksək volatillik, bu bazarın tənzimlənməməsi və istər dövlət, istərsə də maliyyə qurumlarının yüksək çinli rəsmiləri tərəfindən daima bu barədə narahatlıqlar onların gələcəyi ilə bağlı əsaslı suallar yaradır".
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
7 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
7 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
7 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
8 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
8 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 8 saat əvvəl
-
9 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
9 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 9 saat əvvəl
- 9 saat əvvəl