Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda "venture" kapitallaşma ilə bağlı qanun qəbul oluna bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda "venture" kapitallaşma ilə bağlı qanun qəbul oluna bilər

Bu gün Bakıda "Texnologiyalar və innovasiyalar: İqtisadi islahatlar və inkişaf perspektivləri" mövzusunda konfrans keçirilib. 

 

Tədbirin təşkilatçısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) olub. 

 

Konfrans Azərbaycanda innovativ inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub. Tədbirdə dövlət, özəl və xarici qurumlardan mütəxəssislər iştirak ediblər.

 

Konfransı İİTKM-in icraçı direktoru Vüsal Qasımlı açıb. Daha sonra nazir müavini Elmir Vəlizadə çıxış edib. O, deyib ki, təmsil etdiyi qurum Strateji Yol Xəritələrinin yerinə yetirilməsinə həssaslıqla yanaşır: "Ötən gün Strateji Yol Xəritələri ilə bağlı işçi qrupunun növbəti iclası keçirildi. Bir daha gördük ki, Azərbaycanın innovativ potensialı böyükdür. Bunun üçün birgə əmıkdaşlıq olmalıdır. Neft qiymətlərinin aşağı düşməsi fonunda bir daha gördük ki, yeni məhsulların ortaya çıxması üçün dövlətin dəstəyinə ehtiyac var".

 

Nazir müavini həmçinin əlavə edib ki, Azərbaycanda bir sıra sahələr, xüsusən də "venture" kapitallaşma ilə bağlı qanun layihəsinin hazırlanmasına dair müzakirələr aparılır.

 

©Report

15.12.2017 07:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ