Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Bütün pullarınızı itirməyə hazır olun"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bütün pullarınızı itirməyə hazır olun"

İngiltərədə maliyyə sektorunu tənzimləyən və nəzarət edən Maliyyə Xidmətləri İdarəsinin (FSA) Baş direktoru Andrew Bailey, Bitcoin-ə investisiya qoyanlara "bütün pullarınızı itirməyə hazır olun" xəbərdarlığını edib.


 

Bu ilin əvvəlində dəyəri 1000 dollar olduğu halda, bu dəqiqələrdə 17 min dollardan əməliyyat olunan Bitcoin, son vaxtlar bütün dünyanın ən çox danışdığı məsələlər arasında yer alır.


 
Bitcoin bəziləri tərəfindən "rəqəmsal qızıl" adlandırılır.


"Marja" xəbər verir ki, bəzi investor, iqtisadçı və dövlət rəsmiləri, Bitcoin və arxasında "yatan" blockchain (blok zənciri) texnologiyasını qəbul edərkən, bəziləri isə bunu sərt bir dillə tənqid edir.
 


BBC-nin "Newsnight" proqramında danışan İngiltərənin Maliyyə Xidmətləri İdarəsinin (FSA) Baş direktoru Andrew Bailey də, nə mərkəzi bankların, nə də hökumətlərin bu pul vahidinin arxasında olmadığını, buna görə Bitcoin-ə investisiya qoyuluşunun təhlükəli olduğunu bildirib.


 
 "BU BİR PUL VAHİDİ DEYİL"
 

Bailey, Bitcoin satın almağın qumar oynamağa bənzədiyini, eyni riskə malik olduğunu deyib.
 
 
"Bu bir pul vahidi deyil, tənzimlənmir. Qiyməti çox oynaqdır. Mən Bitcoin almağı düşünənlərə xəbərdarlıq edirəm. Əgər Bitcoin-ə investisiya qoymaq istəsəniz bütün pulunuzu itirməyə hazır olun. Bu mənim ən ciddi xəbərdarlığımdır".
 

 
Eyni şəkildə Amerika Mərkəzi Bankının sədri Janet Yellen də Bitcoinin spekulyativ olduğunu bildirmişdi.

 

Fed sədri, "Bitcoin hazırda ödəmə sistemlərində çox kiçik bir rol oynayır. Stabil bir dəyər mənbəyi yoxdur, müəyyən bir zəmanəti yoxdur, olduqca spekulyativ bir aktivdir. Tənzimləyicisi yoxdur. Bankların, tənzimləyicilərin bu bazardakı iştirakçılarla, məxfilik və çirkli pul yuma qanunlarının pozulmadığından əmin olmaları lazımdır",- deyib.

 

Yellen, "Fed, hazırda rəqəmsal pul vahidini ciddi şəkildə qiymətləndirmir, amma mümkün faydalarını araşdırır" - deyib.

 

Yellen qeyd edib ki, Bitcoin çirkli pulların yuyulmasında istifadə edilə bilər. O xatırladıb ki, bankların bu məsələdə öhdəlikləri var. 

15.12.2017 08:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ