Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda “blockchain”in tətbiqi artacaq - PREZİDENT AÇDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda “blockchain”in tətbiqi artacaq - PREZİDENT AÇDI

23:00

 

Xəbər verdiyimiz kimi, Sumqayıt Kimya Sənaye Parkının rezidenti - “STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin layihəsi olan məlumatların emalı, qeydə alınması və ötürülməsi mərkəzinin açılışı olub.

 

"Marja" xəbər verir ki, Data Mərkəzin açılışında Prezident İlham Əliyev  iştirak edib.

 

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına mərkəz barədə məlumat verib.

 

Bildirilib ki, ümumi investisiya dəyəri 60 milyon ABŞ dolları olan Data Mərkəzdə yüksək gücə malik texnoloji hesablama, kommunikasiya və təhlükəsizlik avadanlıqlarından istifadə edilib. Data Mərkəzin yaradılmasında məqsəd İKT sahəsində istehsalyönümlü fəaliyyəti stimullaşdırmaq, bu sahədə innovasiyaların tətbiqinə, eləcə də tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsinə, ixracyönümlü layihələrin icrasına nail olmaq və bu sahəyə xarici investisiyaları cəlb etməkdir. Müəssisə müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq və yerli müştərilərə xidmət göstərəcək. Burada nəzarət və digər sistemlərin idarə edilməsi dördnövbəli iş rejimi ilə bütün sutkanı əhatə edəcək.

 

Prezident İlham Əliyev Data Mərkəzi işə salıb.

 

Bu cür Mərkəzin açılması ölkəmizdə yüksək texnologiyaların tətbiqinə, informasiya texnologiyalarının inkişaf etdirilməsinə, yerli yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə və informasiya təhlükəsizliyinin təmin edilməsinə xidmət edəcək. Layihə çərçivəsində gələcəkdə Azərbaycan ərazisindəki müxtəlif mərkəzlərdə yüksək məhsuldarlıqlı hesablama mərkəzlərinin yaradılması planlaşdırılır. Qeyd olunan hesablama mərkəzləri əməliyyatların uçotunun aparılması üçün elektron kitab funksiyasını yerinə yetirən blokçeyn texnologiyaları əsasında istənilən növ paylanmış reyestrlərin tranzaksiyalarının təsdiqi və müdafiəsi əməliyyatları üzrə etibarlı infrastruktur yaradacaq. Blokçeyn sistemi iştirakçılar tərəfindən keçirilmiş bütün tranzaksiyalar haqqında informasiyanı özündə saxlayan şəffaf paylanmış məlumatlar bazasıdır. İndiyədək respublikamızda ölkədaxili blokçeyn tranzaksiyalarının təsdiqi, xarici özəl və publik blokçeyn şəbəkələrlə inteqrasiya üçün nəzərdə tutulmuş infrastruktur mövcud deyildi. Data Mərkəz işə düşdükdən sonra Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə blokçeyn texnologiyalarının tətbiqi və inkişafı əhəmiyyətli dərəcədə artacaq. Layihə çərçivəsində ilkin mərhələdə 100 nəfər işlə təmin olunub.

 

XXX 11:47

 

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Park​ının ərazisində “STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məlumatların Emalı, Qeydə Alınması və Ötürülməsi Mərkəzinin açılışında iştirak edib. MMC Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərir.

 

"Marja" xəbər verir ki, burada ABŞ texnologiyasından istifadə olunacaq. Bu layihə yeni iş yerlərinin yaradılması baxımından da əhəmiyyətlidir. Belə ki, müəssisədə ilkin mərhələdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Data Mərkəz işə düşdükdən sonra Azərbaycanda “blockchain”in tətbiqi artacaq.

 

Sonra dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşüb.

 

Qeyd edək ki, Bitcoin daxil virtual pullar “blockchain” texnalogiyası ilə işləyir.

15.12.2017 08:47

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ