Bitkiçilikdə və heyvandarlıqda mikroblara qarşı yeni dərman - 95% EFFEKTLİDİR

Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun alimləri tərəfindən kənd təsərrüfatında bitkilərin xəstəliklərinə və heyvandarlıqda mikroblara qarşı yeni dərman preparatı (İAF-1) sintez olunub.

 

İnstitutdan bildirilib ki, “İAF-1” dərman preparatı Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Cəlilabad dayaq mərkəzində kartofçuluqda kolorada böcəyinə, tərəvəz bitkilərində yaşıl qurdlara və mənənələrə qarşı insektisid kimi sınaqdan çıxarılıb. İnsektisidin ilkin və iki il ardıcıl çöl sınaqları nəticəsində müəyyən edilib ki, preparatın texniki səmərəliliyi 95 faiz olur. Bu da hazırda istifadə olunan insektisidin texniki səmərəliliyi ilə eynidir, iqtisadi səmərəliliyinə görə isə “İAF-1” analoji preparatlarla müqayisədə iki dəfə ucuz başa gəlir.

 

“İAF-1” preparatının Baytarlıq İnstitutunda da sınaqları aparılıb. “İAF-1”in bağırsaq çöpləri mikroblarına qarşı bakterisid təsirinin öyrənilməsi nəticəsində müəyyən edilib ki, göstərilən maddənin 0,5 faizli suda məhlulu “E.Coli”ni 15 dəqiqə müddətində tam məhv edir. Bundan başqa “İAF-1”in bağırsaq çöplərinə görə dezinfeksiyaedici xassəsi də öyrənilib.

15 Dekabr 2017, 12:39   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin