Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Qonşumuzda ərzaq qıtlığı yaranıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qonşumuzda ərzaq qıtlığı yaranıb

Türkmənistanda əsas qida məhsullarının defisiti və qiymət artımı müşahidə edilir.

 

“lenta.ru”nun verdiyi məlumata görə, bu barədə “Azadlıq radiosu”nun Türkmənistan bürosu xəbər yayıb.

 

Məlumatda bildirilir ki, Marı və Axal vilayətlərində noyabr ayında un iki dəfə bahalaşıb və defisitin yaranacağından ehtiyatlanan əhali daha çox un almağa başlayıb. Artıq dekabrın əvvəlində bütün ölkə boyu un çatışmazlığı yaranıb. Nəticədə çörəyin qiyməti 1 Türkmənistan manatından 1,4 -1,5 manata kimi qalxıb. Aşqabadda isə keyfiyyətli undan hazırlanmış çörək iki həftə ərzində 2 manatdan 3,5 manata kimi qalxıb.

 

Paytaxtda yumurta qıtlığı da yaranıb və qiymət 50 faiz artıb. Artıq marketlərdə yumurta yalnız böyüklərə və 30 ədəddən artıq olmayaraq satılır.

 

Bununla yanaşı meyvə-tərəvəz və qənnadı məmulatlarının qiyməti də 2 dəfə bahalaşıb. 

 

© APA

15.12.2017 12:07

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ