Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Rusiyanın keçmiş iqtisadi inkişaf nazirinə 8 il iş verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyanın keçmiş iqtisadi inkişaf nazirinə 8 il iş verildi

Rusiyanın keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə hökm oxunub.

 

Paytaxtın Zamoskvoretskiy Məhkəməsi keçmiş naziri 2 milyon avro dəyərində rüşvət almaqda təqsirli bilib.

 

Məhkəmə onu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edib.

 

O, məhkəmə zalında həbs olunub.

 

Qeyd edək ki, Aleksey Ulyukayev "Rosneft"in rəhbəri İqor Seçindən 2 milyon avro dəyərində rüşvət almaqda günahlandırılıb. İstintaqın versiyasına görə, Ulyukayev bu məbləği İqisadi inkişaf Nazirliyinin "Rosnetf"tin "Başneft"in aksiyalarını almasına müsbət rəy vermək üçün alıb. Ulyukayev məhkəmə istintaqı vaxtı ona qarşı irəli sürülən bu iddianı rədd edib. Dövlət İttihamçısı keçmiş nazirin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Keçmiş nazir ev dustaqlığında idi.

 

© APA

15.12.2017 12:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ