Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda 50% Sumqayıt siqareti çəkiləcək - FABRİKİN TƏMƏLİ QOYULDU

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 50% Sumqayıt siqareti çəkiləcək - FABRİKİN TƏMƏLİ QOYULDU

Bu gün,  Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin siqaret fabrikinin təməli qoyulub.

 

"Marja" xəbər verir ki, ildə 7 milyard ədəd siqaret istehsalı nəzərdə tutulub. 

 

Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşdə də qeyd edib ki, bu gün, siqaret fabrikinin təməli qoyulubdur: "Bu fabrikin də çox böyük əhəmiyyəti var. Biz indi siqaret idxalından asılıyıq. Əlbəttə, biz hamımız istəyirik ki, Azərbaycanda siqaret istehlakı azalsın, insanlar bu pis vərdişdən əl çəksinlər. Ancaq hələ ki, bu, belə deyil. Əlbəttə, daxili istehsal xarici istehsalı əvəzləməlidir. Bu fabrikdə istehsal olunacaq məhsul daxili tələbatın əlli faizini bağlayacaq. Əminəm ki, gələcəkdə biz daxili tələbatımızı 100 faiz ödəyəcəyik və eyni zamanda, xarici bazarlara ixrac edəcəyik. Bu gün Azərbaycanda tütünçülük çox sürətlə inkişaf edir. Əlbəttə ki, tütünçülüyün son məhsulu olan siqaret istehsalı da Azərbaycanda yaradılır".

15.12.2017 13:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ