Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

APFM beynəlxalq LUCA mükafatına layiq görülüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
APFM beynəlxalq LUCA mükafatına layiq görülüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM )“Mühasib peşəsinin inkişafına verdiyi töhfəsinə görə” Beynəlxalq LUCA mükafatına layiq görülüb. Bu barədə “Marja”ya Assosiasiyadan bildirilib.

 

Reklam_3_11

“Bütün APFM ailəsini bü yüksək mükafatla təbrik edirik, böyük sevinc və qürur hissi duyur, bütün APFM üzvləri ilə fəxr edirik!”,- məlumatda deyilir.

 

Mükafat 07 dekabr 2017-ci il tarixində Böyük Britaniyanın Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun rəhbəri cənab Garry Carter tərəfindən “8th LUCA AWARD 2017” Təntənəli Təqdimat Mərasimində təqdim olunub. Ənənəvi olaraq ICFM tərəfindən hər il dekabr ayında keçirilən bu tədbirdə dünyanın bir çox ölkələrinin qabaqcıl mühasib və maliyyə institutlarının, iri şirkətlərinin nümayəndələri, maliyyə, audit, mühasibatlıq sahəsində çalışaq peşəkar mütəxəssislər və diplomatik nümayəndələr iştirak edir. Qeyd edək ki, Şahzadə Maykl Kentski bu institutun rəhbəridir.

 

Müasir mühasibat uçotunun banisi Luka Paçolinin şərəfinə adlandırılan LUCA beynəlxalq nominasiyaları üzrə mükafatlandırma maliyyə, audit, mühasibatlıq, daxili nəzarət sahəsindəki mütəxəssislərin yüksək peşəkarlıq və şəxsi keyfiyyətlərini təsdiq edir.

 

APFM xətti ilə bu dəfəki nümayəndə heyəti tərkibinə SOCAR, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC və digər şirkətlərin, dövlət qurumlarının nümayəndələri daxil idi. 2017-ci il nəticələrinə görə həmçinin APFM üzvləri də təltif olunub.

 

Xatırladaq ki APFM 2005-ci ildə təsis olunmuş, on ildən çox müddətdə özünü təsdiq edə bilmiş, yeni istiqamətdə,yeni layihələrdə,yeni axtarışlarda gərəkli,dəyərli, praktik və lazımlı olduğunu göstərmişdir. Beynəlxalq səviyyədə qazandığı yüksək mükafatlar bunu bir daha sübut edir.

 

2013-cü ildən etibarən isə Assosiasiya ilk dəfə olaraq beynəlxalq üzvlük sistemini tətbiq etmişdir, “FİNANSİST” jurnalının təsisçisidi. Hazırda Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) üzvüdü.APFM –in Respublika iqtisadiyyatının uğurlu inkişafı üçün bundan sonra da yüksək tələblərə cavab verəcək fəaliyyətinə əminliklə inanırıq, bu inamla aydın sabahlara addımlayırıq!

 

2017-ci il nəticələrinə görə APFM üzvlərinin təltif olunma mərasimindən fotoşəkilləri təqdim edirik-Best Financial Manager 2017- Oktay Məmmədov (SOCAR), Best Accountant 2017-Pərviz Babazadə (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC) Təbrik edirik və daha yüksək nailiyyətlər arzu edirik!

 

15.12.2017 13:29

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ