Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakı Fond Birjası bu ilin 11 ayında

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı Fond Birjası bu ilin 11 ayında

2016-cı ilin yanvar-noyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 5 mlrd. 209 mln. 962,033 min manat təşkil edib, bu ötən ilin analoji dövrünün göstəricisindən 1,6 dəfə azdır. Bu barədə  birjadan məlumat verilir.

 

Yanvar-noyabr aylarında BFB-də əqdlərin ümumi həcmində 4 mlrd. 126 mln. 677,196 min manat törəmə alətlər bazarının (azalma 31,8%), bunun 3 mlrd. 864 mln. 13,134 min manatı valyuta, 262 mln. 664,063 min manatı isə əmtəə üzrə əqdlərin payına düşüb.

 

Ümumi dövriyyədən 685 mln. 118,05 min manat (artım 33,3 dəfə) dövlət qiymətli kağızları ilə əqdlərin payına, onların 524 mln. 729,125 min manatı Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların payına düşüb. O cümlədən, ilkin bazarda istiqrazların yerləşdirilməsinin həcmi 380 mln. 588,695 min manat, təkrar bazarda 144 mln. 131,429 min manat təşkil edib.

 

Hesabat dövrü ərzində ilkin bazarda AMB-nin qısamüddətli notlarının yerləşdirilməsinin həcmi 160 mln. 397,924 min manat təşkil edib.

 

Yanvar-noyabr aylarında BFB-nin ümumi dövriyyəsində 117 mln. 663,353 min manat (azalma 57,5%) pay bazarının payına düşüb. Bunun 114,681 mln. manatı ilkin bazarda, 2 mln. 982,353 min manatı təkrar bazarda səhm yerləşdiriliməsinin payına düşüb.

 

Yanvar-noyabr aylarında əqdlərin ümumi həcmində 278 mln. 438,668 min manat qiymətli kağızlar bazarının borc alətlərinin payına düşüb (azalma 6,4 dəfə). Bununla belə, təkrar bazarda Azərbaycan İpoteka Fondunun 26 mln. 639,576 min manatlıq istiqrazı yerləşdirilib. 11 ay ərzində ilkin bazarda digər korporativ istiqrazların yerləşdirilmə həcmi 168 mln. 990,229 min manat, təkrar bazarda 82 mln. 808,863 min manat təşkil edib. 

 

Bazarın sektoru

Dövriyyə (azn), 2016

Dövriyyə (azn), 2015

 

Əqdlərin həcmi, AZN

Əqdlərin sayı

Əqdlərin həcmi, AZN

Əqdlərin sayı

I. Dövlət Qiymətli Kağızlar bazarı

          685,118,050.33

                         238

20,541,583.90

16

MN Dövlət İstiqrazları 

          524,720,125.40

                         224

20,541,583.90

16

Dİ yerləşdirmə

              380,588,695.43

                          173

0

0

Dİ təkrar

              144,131,429.97

                            51

20,541,583.90

16

AMB Notları

              160,397,924.93

                       14.00

0

0

NOT yerləşdirmə

              160,397,924.93

                            14

0

0

NOT təkrar

                                    -  

                             -  

0

0

II . Pay bazarı

          117,663,353.85

                      1,905

276,356,350.85

3323

Səhmlər yerləşdirmə

              114,681,000.00

                            16

266,703,390.35

111

Səhmlər təkrar

                  2,982,353.85

                       1,889

9,652,960.50

3212

III. Borc Alətləri Bazarı

278,438,668.86

562

1,771,817,859.25

625

AİF istiqrazları  yerləşdirmə

                                    -  

                             -  

41,333,586.00

10

AİF istiqrazları təkrar

                26,639,576.70

                            12

1,477,905,330.15

191

Digər korporativ istiqrazlar * yerləşdirmə

              168,990,229.45

                          467

19,763,407.52

72

Digər korporativ istiqrazlar * təkrar

                82,808,862.71

                            83

232,815,535.58

352

     -  o cümlədən market meyker

                                   -  

                            -  

207,864,889.80

256

IV. REPO əməliyyatları

2,064,763.58

2

119,759,375.00

111

AMB-nin Repo əməliyyatları

                                    -  

                             -  

32,217,600.76

30

Digər Repo əməliyyatlar

                  2,064,763.58

                              2

87,541,774.24

81

V. Törəmə Alətlər Bazarı

4,126,677,196.82

41151

6,047,304,217.28

46841

Valyuta

                3,864,013,134

                     35,920

5,953,801,019.68

41641

Əmtəə

                   262,664,063

                       5,231

93,503,197.60

5200

Cəmi

5,209,962,033.44

43,858.00

8,235,779,386.28

50,916.00

  -  o cümlədən: ilkin bazar ( I+II+III)

                   824,657,850

                          670

            327,800,384

                          193

  -  o cümlədən: təkrar bazar ( I+II+III)

                   256,562,223

                       2,035

         1,740,915,410

                       3,771

İxtisarlar:

Dİ – dövlət  istiqrazları

AR MN – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

AR MB – Azərbaycan Respublikasının Mərkəzii Bankı

DQK – Dövlət qiymətli kağızları

KQK – Korporativ qiymətli kağızlar

12.12.2016 12:12

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ