Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan və Braziliya arasında çarter yük reysi yerinə yetirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Braziliya arasında çarter yük reysi yerinə yetirildi

Aviaşirkətin tarixində ən uzunmüddətli uçuş olub.


 

Azərbaycanın yük aviaşirkəti “Silk Way West Airlines” Bakıdan San Pauluya (Braziliya) ilk birbaşa aviareys yerinə yetirib.


“Silk Way Airlines” aviaşirkətinin mətbuat xidmətindən "Marja"ya daxil olmuş məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportundan Virakopus Beynəlxalq Aeroportuna müasir “Boeing 747-8F” layneri ilə 15 saatlıq uçuş aviaşirkətin bütün tarixi ərzində ən uzunmüddətli uçuş olub.

 

36 ton həcmində yük Çin Xalq Respublikasından Braziliyadakı avtomobil istehsalçısı olan şirkət üçün göndərilmişdir.

 

“Silk Way West Airlines” Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən istismarçı sertifikatını alaraq 2012-ci il iyunun 19-da fəaliyyətə başlayıb. Hazırda aviaşirkətin hava gəmiləri parkına “Вoeing 747-8F” və “Вoeing 747-400F” təyyarələri daxildir. 

 

"Silk Way West Airlines" aviaşirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanından qitələri birləşdirən tranzit hab kimi istifadə edərək dünyanın müxtəlif regionlarına - Asiya, Avropa, Yaxın Şərq və Şimali Amerikaya müntəzəm uçuşlar yerinə yetirir.

15.12.2017 14:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ