Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Mərkəzi Bankdan "FED-in faiz qərarının Manata təsiri" açıqlaması

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankdan "FED-in faiz qərarının Manata təsiri" açıqlaması
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faizlə bağlı qərarı qısamüddətli dövrdə adətən böyük həcmdə spekulyativ kapital daxilolmalarına malik olan ölkələrə təsir göstərir. Azərbaycan isə iri həcmli spekulyativ kapital daxilolmalarına malik ölkə olmadığından FED-in son qərarının təsiri ilə burada hər hansı qısamüddətli dəyişiklik gözlənilmir".


Bu barədə sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Reklam_3_11


AMB bildirir ki, bu qərarın manatın məzənnəsinə birbaşa təsiri yoxdur.


"Bütövlükdə manatın məzənnəsinin kəskin dəyişməsinin fundamental iqtisadi əsası yoxdur. Belə ki, hazırda ölkədə həyata keçirilən məzənnə rejiminə uyğun olaraq manatın ABŞ dollarına nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. Xarici valyuta bazarındakı tələb-təklif nisbəti isə əsasən tədiyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi ilə yanaşı  neft transferlərinin məbləğindən asılıdır ki, bunlar da bu gün tarazlaşdırıcı nisbətdə olduqları üçün manatın ABŞ dollarına nisbətən məzənnəsi sabit dinamikadadır", - deyə tənzimləyicidən bildirilib.


Ötən gün FED uçot dərəcəsini 0,25% səviyyəsindən 1,50%-dək artırıb.

 

© APA

15.12.2017 14:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ