Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Çökmək nədir, milyonlarla kredit verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çökmək nədir, milyonlarla kredit verib

28 il bank sektorunda uğurlu fəaliyyət göstərən DəmirBank hazırki iqtisadi durum şəraitində kiçik və orta sahibkarlığı, həmçinin fiziki şəxslərin maliyyələşdirilməsini həyata keçirir.

 

Reklam_3_11

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, son 4 ay ərzində Bank tərəfindən 12 milyon AZN həcmində yeni kreditlər verilmişdir.

 

Eyni zamanda DəmirBank filialları vasitəsi ilə bu müddət ərzində 30 milyon AZN həcmində 35 000-dən artıq pul köçürülməsi həyata keçirilib.

 

Bundan əlavə sözügedən müddət ərzində müştərilərə 3000-dək yeni plastik kart verilib.

 

2018-ci ilə DəmirBank daha sərfəli şərtlər ilə yeni istehlak və biznes kredit məhsullarını hazırlayır və bu istiqamətdə işlər bir müddətdir ki davam etdirilir.

 

"Bankda mövcud stabil vəziyyət və dayanıqlı inkişaf proseslərinin dəstəklənməsi və növbəti illər ərzində də davam etməsi, yarana biləcək bütün təhlükələrin və risklərin qarşısının alınması üçün Bank səhmdarları tərəfindən DəmirBank-ın məcmu kapitalının investorlar tərəfindən artırılması planı hazırlanıb və aidiyyəti Dövlət orqanlarına təqdim edilib. Bununla bağlı maliyyə sektorunun nəzarətçisi kimi çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Banka lazımı tövhələr və dəstək göstərilir",- məlumatda deyilir.

 

Hal-hazırda Bankın istənilən filiallarına yaxınlaşaraq müştərilər müxtəlif bank əməliyyatlarını rahat şəkildə həyata keçirə bilər. Bank hər gün 09:00-dan 17:00-dək, Bankın Mərkəz filialı isə 09:00-dan 00:00-dək bayram və qeyri-iş günləri fəaliyyət göstərir.  

 

Ölkənin ilk kommersiya banklarından olan DəmirBank 1989-cu ildən fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

 

Qeyd edək ki, bu gün bir sıra portal, guya DəmirBankın çökdüyü barədə xəbər yayıb.

15.12.2017 14:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ