Mobil manşet üstü reklam-3_21

Kombi istilik xərclərini azaltdı - sakinlər razıdır ARAŞDIRMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kombi istilik xərclərini azaltdı - sakinlər razıdır ARAŞDIRMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Kristal Abşeron”un kombi çəkdirən sakinləri xeyli məbləğdə vəsaitə qənaət etdiklərini bildirərək, digər sakinlərə də kombiyə keçməyi tövsiyə edirlər.


 

Bir müddətdir ki, “Kristal Abşeron” şirkəti tərəfindən tikilən binalarda yaşayan sakinlər isti suyun və istilik sisteminin qiymətlərinin qaldırılmasından narazılıq edir. Şirkət isə Tarif Şurasının enerji daşıyıcılarının qiymətinin artırılmasından sonra qiymət artımının edilməsinə məcbur qaldıqlarını qeyd edirlər.

 

Narahatçılığın səbəbi

 

Məlumdur ki, ötən il noyabr ayında Tarif Şurası tərəfindən təbii qazın və işığın qiyməti qaldırılıb. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.Lakin MTK qazanxanları qeyri - əhali seqmentinə aid olduğu üçün onlara heç bir limit tətbiq edilmir, yəni kubmetr qiyməti 20 qəpikdən hesablanır.

 

İşığın qiymətləri isə 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

 

Şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 9 qəpik səviyyəsində təsdiq edilib.

 

O cümlədən,“Azərsu” ASC-nin müraciəti ötən ilin may ayında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl - 30 qəpik/kubmetr), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə - 1 manat/kubmetr müəyyən edilib.

 

Kristal Abşeronun problemi həll etməyə çalışması

 

Göründüyü kimi, Tarif Şurasının sözügedən qərarlarından sonra Kristal Abşeron şirkəti də kommunal xərclər üzrə qiymətlərə yenidən baxmalı olub. Bu zaman şirkət ötən il istilik sistemi üçün qiymətləri 40 qəpikdən 70 qəpiyə qaldırıb. Bu il isə artan xərclərlə əlaqədar olaraqyenidən qiymət 80 qəpiyə qaldırılıb.İsti suyun bir kubmetri isə sakinlərə ötən il 2 manat 30 qəpiyə, bu il isə 3.50 qəpiyə təklif olunub. Sakinlər də mənzillərinin kvadratına əsasən qiymətlərin artmasına görə MTK-ya xeyli pul ödəməli olurlar.

 

“Kristal Abşeron” şirkəti bu məqamda sakinlərə enerji daşıyıcıların əhali seqmentinə limit verilməsini nəzərə alaraq aylıq xərclərinin azalması üçün şəxsi kombi sistemini çəkdirməyi təklif edir. Hazırda mənzilində kombi sistemini çəkdirmiş sakinlər də xərclərinin xeyli azaldığını vurğulayırlar.

 

Sakinlər arasında sorğu

 

Apardığımız araşdırmanın nəticəsi olaraq qeyd etmək istəyirik ki, “Kristal Abşeron”ın Xırdalan şəhərində inşa etdiyi mənzillərdə yaşayan 3 sakin fərdi kombi sisteminin daha sərfəli olduğunu vurğulayır. Araşdırma nəticəsində məlum oldu ki, kombi sisteminin sakinlərə aylıq isitmə xərclərinə 2-3 dəfə qənaət etməsinin əsas səbəblərindən biri də Kristal Abşeron inşa etdiyi binaların təbii daş yunundan hazırlanan xüsusi izolyasiya materialı ilə üzlənməsidir. Avropa təcrübəsi göstərir ki, izolyasiya edilmiş binalarda yaşayan insanlar, mənzildaxili temperaturun stabil olduğuna görə daha sağlam olurlar və enerji xərclərinə qənaet edirlər.

 

Belə ki, 2- ci binanın sakini mənzildə yaşayan H.Abdullayev bildirir ki, bu ilin noyabrın 12-də kombi sistemini quraşdırıb:

 

“Mənzilim 86 kv.metrdir. İqtisadi cəhətdən götürdükdə şəxsi kombi çəkdirmək sərf edir. Çünki “Kristal Abşeron”ın istilik sisteminin qiyməti 80 qəpikdir. İsti suyun kubmetri isə 3 man 50 qəpikdir. 1 ay ərzində kombi çəkdirəndən sonra cəmi 20 manat sərfiyyatım olub.

 

Əgər bu il isti suyu və istilik sistemini MTK-dən götürməli olsaydım, o zaman şirkətə bir ay ərzində ümumilikdə 90 manat pul ödəməli olacaqdım.

 

Ötən il il hər ay istilik sistemi üçün 60 manat, isti su üçün isə minumum 20 manat şirkətə pul ödəyirdim. Ay ərzində ortalama 8-9 kub metr isti su işlədirdim.

 

Kombini şirkətdən nağd qiymətinə, yəni 650 manata aldım. (Şirkətin təklif etdiyi ECA kombisinin də qiymətini araşdırdım – bunu bazarda 850-900 manata təklif edirlər.) Qalan bütün xərclər şirkət tərəfindən ödənildi. Şirkətin ustaları 4 saat ərzində sistemi çəkib təhvil verdilər. Sakinlərə də məsləhət görərdim ki, kombi çəkdirsinlər. Çünki bu il nağd qiymətinə kombi alsalar, gələn ilki xərclər onlara havayı qalacaq”.

 

4-cü binanın sakini S.Hümbətov xatırladıb ki, o da kombi çəkdirməmişdən qabaq şirkətin mərkəzi istilik sistemindən istifadə edib: “Mənzilim 41 kv.metrdir. Əvvəl 15 manat isti suya, 20 manat da istiliyə verirdim. Ümumilikdə, 35-36 manat civarında şirkətə hər ay pul ödəyirdim. Kombi çəkdirəndən sonra isə aylıq cəmi 9 manat xərcim çıxır.

 

Mən keçən il martın 20-də kombi sistemini çəkdirmişəm. İlk kombini də “Kristal Abşeron”dan alan sakin mən olmuşam. Bütün xərclər şirkətin boynuna idi. Bunun üçün də şirkətə 650 manat pul ödədim. Kombidən 9 aydır ki, istifadə edirik. Xərcləri üst-üstə topladıq, yay aylarının da nəzər alanda bu müddət ərzində heç 35 manat pulum çıxmayıb.

 

6-cı binanın sakini Ə.Qasımov da artıq bir aydır ki,kombi sistemindən istifadə edir: “Əvvəl MTK-nın istilik sistemindən istifadə edirdim. Bu da büdcəmizə uyğun deyildi. Daha sonra şirkət bizə kombi sistemi çəkməyi təklif etdi.Mənzilim 58 kv. metrdir. Əvvəl bir ayın sonunda istilik sistemi üçün 46 manat , isti suya görə isə 30 manat ödəyirdim. Ümumildə 80 manata yaxın xərcim çıxırdı. Sonra kombi çəkdirdik. Kombi iki gün dayanmadan 24 saat müddətində işlədi. 48 saat ərzində 7 kub metr qaz işlətdik. Bu göstərici də Tarif Şurasının limitini keçmir. İndi isti su ilə bərabər ümumi xərcimiz 25-30 manata gəlib çıxır. Hardasa kombi çəkdirəndən sonra 50 manat irəli düşürük.

 

Kombini şirkətdən 650 manata aldıq, qalan xərclər isə MTK tərəfindən ödənildi. Bizə kombini şirkət özü təklif edir. Həmin kombinin bazardakı qiymətləri ilə maraqlandıqda gördük ki, şirkətin təklif etdiyi qiymət daha sərfəlidir. Belə ki, “E.C.A” adlı kombinin Sədərək ticarət mərkəzində satış qiyməti 850 - 900 manatdırsa, biz onu şirkətdən 650 manata aldıq.

 

Ümumilikdə, kombi sistemi çox sərfəlidir. Öz tanışlarıma da bu barədə məlumat vermişəm. Onlara danışdıqdan sonra 3-4 nəfər sakin artıq kombi çəkdirib. Beləliklə də, şirkət qazanxananı ləğv etsə də bu sakinlər üçün problem yaratmayacaq. Düzdür, biz şirkətə birdəfəyə kombi almaq üçün 650 manat pul ödədik, amma nəticə etibarilə hər ay 50 manat qabağa düşəcəyik”.

 

Xülasə

 

Kristal Abşeron kompleksləri inşa edilərkən sakinlərin sağlamlığı və sərfiyyatı düşünülərək külli miqdarda vəsait xərclənərək istixanalar tikilmişdir və bu istixanalar 4 il fəaliyyət göstərmişdir.Tarif şurasının qərarından sonra isə sakinləri də nəzərə alaraq istilik xərclərini əhaliya uyğun tənzimlənməsi üçün müraciət olunmuşdur. Bundan əlavə istixanaların tərkibinə keçirməsi üçün ‘Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyətinə’ müraciət olunmuşdur.

 

Narahatçılığı aradan qaldırmağa çalışsa da, şirkətin müraciətlərinə müsbət cavab alına bilinməmişdir. Üstəlik su və işiq üçün təyin olunan tariflərin qalxması da sakinləri daha çətin vəziyyətə gətirib çıxartmışdır. Bunları nəzərə alaraq Kristal Abşeron bu günə qədər kombi sisteminin çəkilmə və material xərclərini öz üzərinə götürmüşdür, nağd və hissəli ödənişlə kombi sahibi olmaq imkanını yaratmışdır.

 

Kristal Abşeron olaraq yaranan vəziyyətdən zərərsiz deyil, əksinə MTK üçün maddi zərər olmasından başqa sakinlərin narahatçılığı və şirkətimizin imicinə zərər olaraq nəticələnmişdir.

16.12.2017 09:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ