Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Gənclərin subsidiyalı əməkhaqqı ilə işə qəbul ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gənclərin subsidiyalı əməkhaqqı ilə işə qəbul ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gələn il yanvarın 1-dən "İşsizlikdən sığorta haqqında" qanunun qüvvəyə minməsi nəticəsində Məşğulluq Fondu formalaşacaq.

 

Reklam_3_11

Bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən III Məzun-Karyera Sərgisinin açılışında çıxış edərkən deyib.

 

Onun sözlərinə görə, Məşğulluq Fondu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə işləyənləri də cəlb etməklə çox saylı aktiv əmək proqramları həyata keçirməyə imkan verəcək:

 

"Bunlara özünüməşğulluq proqramları, gənclərin subsidiyalı əməkhaqqı ilə işə qəbul edilməsi də aiddir. Artıq bizim gənclər sahəsindəki fəaliyyətimizi genişləndirmək üçün bütün maddi-texniki imkanlar var. Yeganə tələb ali təhsil müəssisələrinin, yaxud gənclərin bu kimi proqramlara maraq göstərməsidir".

 

Nazir müavini əlavə edib ki, bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkənin 9 ali təhsil müəssisəsində məzun-karyera yarmarkası keçirilib. Bu yarmarkalarda tələbələrə 5000-dən çox vakant iş yeri təqdim edilib.

 

© Trend

16.12.2017 11:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ