Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Avropa Birliyindən Bitcoin qərarı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa Birliyindən Bitcoin qərarı

Avropa Birliyi Bitcoin daxil olmaqla virtual pul vahidlərinin istifadə edildiyi platformalara qarşı, terrorçuluğun və çirkli pulların yuylmasının önünə keçə bilmək üçün sərt qaydalar tətbiq etməyə qərar verdi.


"Marja" xəbər verir ki, Cümə günü Avropa Parlamenti və Avropa Dövlət və Hökumət Başçıları Şurasında bir qanun layihəsi müzakirə edilib. Həmin layihə, Bitcoin daxil olmaqla virtual pul vahidlərinin istifadə edildiyi onlayn ticarət platformalarına yeni qaydalar tətbiq edilməsini nəzərdə tutur.

 

Layihə terrorçuluğun maliyyələşdirilməsinin və çirkli pulların yuyulmasının qarşısını almaq üçün tətbiq ediləcəyi qeyd olunub. Eyni zamanda, daha əvvəl bu platformalarda virtual pul vahidi istifadə edən anonim istifadəçilərin şəxsiyyətlərinin qanunun tətbiq edilməsi halında məlum olacağı qeyd edilib. 

 

Avropa Komissiyası, 2015 və 2016-da Brüksel və Parisdə həyata keçirilən terror hücumlarının Bitcoin və digər kripto pul vahidləri istifadə edilərək maliyyələşdirildiyini bəyan edib. Bu səbəbdən təqdim edilən qanun layihəsi ilə əlaqədar AB Ədalət Komissarı Vera Jourova, "Bu gün təsdiqlənən qərar çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə maneə törədəcək bir şəffaflıq gətirəcək" deyib.

 

Qanun layihəsinin AB üzvləri tərəfindən təsdiqlənməsinə və milli qanunlarda yer almasına qərar verilib.

18.12.2017 04:46

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ