Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Vüsal Kərimli sərnişindaşımada sahibkarları azaltmağa başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vüsal Kərimli sərnişindaşımada sahibkarları azaltmağa başlayıb


"Sərnişindaşıma ilə məşğul olan daşıyıcıların sayı çoxdur"


"Marja" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib. 

Reklam_3_11

 
O, "sərnişindaşıma sahəsində daşıyıcıların sayı sizi qane edirmi?" sualına aşağıdakı şəkildə cavab verib


"Bakıda sərnişindaşımada 47 daşıyıcı var. Bu, həqiqətən çoxdur. 10 avtobusu olan da bir daşıyıcı sayılır, 3 avtobusu olan da. Bu gün əksər daşıyıcıların qarajı yoxdur. Bakı Nəqliyyat Agentliyi yaradıldıqdan sonra 7 daşıyıcının qarajı istismara verilib. Bu yaxınlarda da bir neçə qaraj yaradılacaq. Daşıyıcıların bir neçəsi birləşdirilməsi və bir qarajın yaradılması ilə bağlı da təkliflər vermişik.


"Sərnişindaşımanın sahibkarlıqdan asılılığın azaldılması mümkündürmü? Çünki sərnişindaşımada vəziyyətin yaxşılaşdırılmasında bəzi sahibkarlar maraqlı deyil" sualına isə Vüsal Kərimli belə cavab verib:

 

"Bəli, bu vacibdir. İctimai nəqliyyat formalaşana qədər tam dövlət nəzarəti altında olmalıdır. Buna görə də indi sahibkarların sayını azaltmağa çalışırıq. Məsələn, dünyada ictimai nəqliyyat sisteminin yüksək səviyyədə olduğu ölkələrdən biri İngiltərədir. Burada marşrutlar əvvəl sahibkarlarda olub, lakin sonradan dövlət marşrutları nəzarətə götürdü, ictimai nəqliyyat sistemini yüksək səviyyəyə çatdırdı, daha sonra özəlləşdirməyə çıxardı. Azərbaycanda da bu cür ola bilər.

 

ƏVVƏL XİDMƏT, SONRA QİYMƏT

 

Bəzən ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı məlumatlar yayılır. Vüsal Kərimli qeyd edib ki, bu gün gediş haqqının artırılmasından söhbət gedə bilməz":

 

"Birincisi ona görə ki, qiymət artımı üçün ilk növbədə xidmət səviyyəsi yüksəldilməlidir. Xidməti yüksəldə bilməyən daşıyıcı qiymət artımından danışa bilməz. İkincisi də, qiymət məsələsi Tarif (qiymət) Şurasının səlahiyyətindədir. Bizim işimiz xidmətin səviyyəsini yüksəltməkdir.

 

Biz hazırda həm də daşıyıcıları birləşdirmək istəyirik. Amma bayaq da qeyd etdiyim kimi, nəzarəti birmənalı şəkildə dövlət həyata keçirməlidir, bütün xətlər dövlət nəzarətində olmalıdır. Sahibkar bilməlidir ki, marşrut onun mülkiyyəti deyil, dövlətindir, daşıyıcı sadəcə bu prosesdə icraçıdır. Bir sözlə, marşrut sistemi yüksək səviyyədə qurulması üçün dövlət nəzarətində olmalıdır. Məhz o səviyyəyə çatandan sonra özəlləşdirilməyə çıxarıla bilər".

18.12.2017 05:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ