Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bərdəyə gələn turistlərin sayı artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bərdəyə gələn turistlərin sayı artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin 11 ayı ərzində Bərdəyə respublikanın ayrı-ayrı şəhər və rayonlarından 7250 turist gəlib. Xarici ölkələrdən gələn qonaq və turistlərin sayı isə 1233 nəfər olub. Rayonu ziyarət edən turist və qonaqların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65 faiz artıb.

 

Reklam_3_11

Bu barədə Bərdə turizm informasiya mərkəzinin direktoru Hikmət Heydərov məlumat verib.

 

O bildirib ki, turistlər daha çox Bərdənin tarixi məkanlarına maraq göstərirlər. Təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindən olan Bərdə eramızdan əvvəl ikinci minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət abidələri ilə zəngindir. 1322-ci ildə tikilmiş Bərdə türbəsi, VI əsrə aid köhnə şəhər divarlarının qalıqları, XVIII əsrə aid İbrahim məscidi, Tərtər çayı üzərində VII-IX əsrlərə aid iki körpü, XIV əsrə aid Axsadan baba türbəsi, Şirvanlı kəndində yerləşən XVIII-XIX əsrlərə aid hamam və digər abidələr Bərdənin qonaqlarında yüksək təəssüratlar yaradır.

Bərdədə turistlərin ən çox maraq göstərdiyi məkanlardan biri də Tarix Diyarşünaslıq Muzeyidir. Burada Bərdənin tarixini, mədəniyyətini əks etdirən 2200-dən çox eksponat, o cümlədən qədim şəhərin maketi nümayiş etdirilir. Eksponatların bir çoxu şəhərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılıb.

 

Rayona gələn turistlər həmçinin qədim Bərdənin müasir inkişafının, aparılan geniş quruculuq işlərinin şahidi olurlar. Həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası, infrastrukturun yenilənməsi, genişmiqyaslı yenidənqurma və tikinti-abadlıq işləri sayəsində Bərdə gündən-günə daha da gözəlləşir. Son illər şəhərdə ucaldılan Heydər Əliyev Mərkəzi, Musiqi və İncəsənət məktəblərinin binaları, Heydər Əliyev adına Park Bulvar, Qəhrəmanlar Parkı, Bayraq Meydanı onun hüsnünə yeni naxışlar əlavə edib.

 

Şəhərə təşrif buyuran turistlərə Bərdə Turizm İnformasiya Mərkəzinin hazırladığı tarixi abidələr haqqında buklet, “Bərdə bələdçi kitabı”, turistik xəritə və suvenirlər təqdim edilir.

 

© Azərtac

18.12.2017 06:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ