Ən yuxarı statik reklam_3

Azərbaycanda vergi daxilolmalarının məbləği 2 aydır ki, açıqlanmır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda vergi daxilolmalarının məbləği 2 aydır ki, açıqlanmır

Vergilər Nazirliyi Azərbaycanda vergi daxilolmalarının məbləğini 2 aydır ki, açıqlamır.

 

Reklam_3_11

Nazirlik sonuncu dəfə oktyabrın 7-də, vergi ödəyicilərinin 2017-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə ödədiyi vəsait barədə məlumat verib və bu rəqəmin 5 224 482 900 manat olduğunu bəyan edib.

 

Qurumun xətti ilə oktyabr və noyabr aylarında büdcə daxilolmalarının məbləği isə açıqlanmayıb.

 

Lakin az sayda KİV-lər Vergilər Nazirliyinin 2016-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinə 5 mlrd. 707,128 mln. manat məbləğində vergi və rüsum köçürdüyü barədə məlumat yayıb. Lakin Nazirlik bu məlumatı saytında yerləşdirməyib.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin bu il dekabrın 5-də imzaladığı sərəncamla Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad edilib. Dövlət başçısının imzaladığı digər sərəncamla isə bu vəzifəyə indiyə qədər təhsil naziri olmuş Mikayıl Cabbarov gətirilib. 

 

 
İllər

Vergi və digər ödənişlər
Daxilolmalar (min AZN)

2017 (9 ay ərzində)

5 224 482,9

2016

7 015 165,4

2015

7 118 196,7

2014

7 113 622,4

2013

6 663 633,4

2012

6 025 366,5

2011

5 475 062,0

2010

4 292 800,0

2009

4 113 400,0

2008

5 746 565,8

2007

4 549 259,0

2006

2 706 282,3

2005

1 427 452,9

 

 

© Renkinq

18.12.2017 07:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ