Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Palatadan daha bir yenilik - sıfır tarifə qərar verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palatadan daha bir yenilik - sıfır tarifə qərar verilib

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə inklüzivliyinin gücləndirilməsi prioritet hədəfi üzrə vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə fəaliyyətini davam etdirir.

 

Palatadan "Marja"ya daxil olmuş məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılmış İşçi Qrupunun birgə fəaliyyəti nəticəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC təmsil olunduğu 1, 2 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzlərində ödəniş kartları ilə Hökumət Ödəniş Portalı (HÖP) üzərindən təqdim olunan xidmətlərə görə nağdsız ödənişlərin aparılması üçün POS-terminallar quraşdıraraq vətəndaşların istifadəsinə təqdim etmişdir.

 

Bu POS-terminallar vasitəsilə kütləvi xidmətlərin və büdcə ödənişlərinin nağdsız formada ödənilməsi mümkündür.

 

Qeyd olunmalıdır ki, bundan əvvəl “Kapital Bank” ASC tərəfindən 4 saylı Bakı “ASAN xidmət” mərkəzində, 2 saylı Bakı “ASAN Kommunal Mərkəzi”ndə və Masallı “ASAN xidmət” mərkəzində POS-terminallar quraşdırılaraq nağdsız ödəniş imkanı yaradılmışdır.

 

Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən banklar, həmçinin xidmət mərkəzlərinin də təmsil olunduğu bu İşçi Qrupu çərçivəsində atılan addımlar əsasında ölkədə emissiya edilmiş ödəniş kartları ilə “ASAN xidmət” mərkəzlərində POS-terminallar vasitəsilə HÖP üzərindən aparılan əməliyyatlarda “interçeync” xidmət haqlarının tətbiq edilməməsi (sıfır tarifi ilə tətbiqi) qərara alınmışdır.

 

Bu məqsədlə “Banklararası Kart Mərkəzi üzərindən əməliyyatların aparılmasına dair Kollektiv Saziş”ə müvafiq düzəlişlər edilərək iştirakçı təşkilatlarla razılaşdırılmışdır. Eyni zamanda, aparılan əməliyyatların xidmət haqlarının tətbiq edilməməsi ilə emal olunması məqsədilə Banklararası Kart Mərkəzi səviyyəsində yeni Merchant Category Code (MCC kod) təyin edilmişdir.

 

Birgə aparılacaq islahatlar əsasında digər “ASAN xidmət” mərkəzlərində də nağdsız ödəniş imkanları təmin ediləcəkdir.

18.12.2017 09:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ