Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Palata: “Azərsığorta” və “Profam”da yoxlama gedir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata: “Azərsığorta” və “Profam”da yoxlama gedir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Aparılan yoxlamalar Azərbaycan Respublikasının “Sığorta fəaliyyəti haqqında” Qanunun 97-ci maddəsinə və Palatanın Direktorlar Şurası tərəfindən 2017-2019-cu illəri əhatə edən “Sığorta sektorunun tənzimlənməsi və nəzarəti üzrə Tədbirlər Planı”-na əsasən həyata keçirilir. Yoxlama əsasən Sığorta bazarının peşəkar iştirakçılarının sığorta qanunvericiliyinin tələblərinə əməl edilməsi ilə bağlı vəziyyətin yerində araşdırılması məqsədi ilə aparılır".

 

Bu barədə “Marja”nın sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

 

Cavabda olunub ki, Yoxlamalar qeyd olunan tədbirlər planına əsasən həyata keçirilir və tematik xarakter daşıyır. 2017-ci ilin 4 cü rübü ərzində Palata “AXA Mbask” ASC-də yoxlama aparıb və “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərinə riayət edilməsinə dair icrası məcburi göstəriş-təqdimat verilmişdir.

 

"AZƏRSIĞORTAYA  MƏCBURİ-GÖSTƏRİŞ TƏQDİMAT VERİLƏCƏKDİR"

 

“Hazırda, “Azərsığorta” DKSŞ və “Profam” sığorta vasitəçisində sığorta fəaliyyəti üzrə qanunvericiliyin tələblərinə riayət olunmasına dair yoxlama gedir.

 

Hazırda Palata tərəfindən “Azərsığorta” DKSŞ-da aparılan yoxlamanın nəticələri müzakirə olunmaqdadır və “Sığorta fəaliyyəti haqqında” Qanununun müəyyən etdiyi müddət ərzində sığortaçıya icrası məcburi göstəriş-təqdimat veriləcəkdir. “Profam” sığorta vasitəçisində isə yoxlama davam edir və məlumatlar ictimayyətə açıqlanacaqdır”, - Palatanın cavabında bildirilir.

18.12.2017 09:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ