Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Qiymətlər 150 - 2000 manatdır, amma yerlərin 90%-i tutulub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qiymətlər 150 - 2000 manatdır, amma yerlərin 90%-i tutulub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yeni il bayramı ilə əlaqədar Qusardakı otel və istirahət mərkəzlərindəki yerlərin 90 faizi əvvəlcədən sifariş olunub.

 

Qusar Turizm İnformasiya Mərkəzindən bölgə müxbirinə bildirilib ki, 2017-ci ilin son, yeni ilin isə ilk günlərini rayonda keçirmək üçün müraciət edənlər həm yerli, həm də əcnəbi turistlərdir.

 

Yeni il bayramı ilə əlaqədar istirahət mərkəzləri tərəfindən qonaqlara müxtəlif turizm paketləri təqdim olunur. İki və ya üç günü əhatə edən bu paketlərin qiymətləri yerindən asılı olaraq bir nəfər üçün 150 manatdan 2 min manata kimi dəyişir. Bu qiymətə oteldə gecələmə, qidalanma, eyni zamanda, istirahət mərkəzləri tərəfindən təşkil edilən şou proqramlarlarda iştirak etmək imkanı daxildir.

 

Turizm İnformasiya Mərkəzinin direktoru Edqar Balamətov deyib ki, əcnəbi turistlərin müraciətləri arasında ərəb ölkələrindən, Rusiya, Türkiyə və İrandan olanlar çoxluq təşkil edir. Bununla əlaqədar istirahət mərkəzlərində qonaqlara ənənəvi milli mətbəxlə yanaşı, xarici ölkə yeməkləri də təqdim olunacaq.

 

Qusarda yerləşən Şahdağ Turizm Mərkəzində də hər il olduğu kimi, qış mövsümündə qonaqların mükəmməl istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri həyata keçirilib. Hazırda ağappaq qarla örtülmüş Şahdağın yamacları xizək və snoubord həvəskarlarının ixtiyarına verilib.

 

© Azərtac

18.12.2017 10:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ