Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“ASAN xidmət” mərkəzlərində POS-terminallar quraşdırılıb - YENİLİK

iç səhifə xəbər başlığı altı (mobil)_31
“ASAN xidmət” mərkəzlərində  POS-terminallar quraşdırılıb - YENİLİK

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi prirotiteti üzrə tədbirləri davam etdirir.

 

Mərkəzi Bankdan "Marja"ya daxil olmuş məlumata görə, Azərbaycan Respublikası Mərkəzi Bankının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən bankların və xidmət mərkəzlərinin birgə fəaliyyəti nəticəsində “ASAN xidmət” mərkəzlərində ödəniş kartları ilə Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı” (HÖP) üzərindən təqdim olunan xidmətlərə görə nağdsız ödənişlərin aparılması üçün POS-terminallar quraşdırılaraq vətəndaşların istifadəsinə təqdim edilmişdir.

 

Aparılan əməliyyatların effektivliyinin artırılması məqsədilə Mərkəzi Bank tərəfindən yaradılmış Banklararası Kart Mərkəzi üzərindən keçən əməliyyatlar üzrə interçeync xidmət haqqı sıfır AZN həcmində təyin edilməsi banklarla razılaşdırılmışdır.

18.12.2017 10:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ