Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Sığorta bazarındakı son vəziyyət açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta bazarındakı son vəziyyət açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 504,234,798 milyon manat sığorta haqqı toplanmışdır. Bu, 2016-cı ilin 11 ayı ilə müqayisədə 12,4% çoxdur. Bu barədə "Marja"ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib. 

 

Reklam_3_11

Həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 230,880,320 milyon manat təşkil edib. 

 

2016-cı ilin eyni dövründə 448,5 milyon manat sığorta haqları toplanmış, 218 milyon manat ödəniş həyata keçirilmişdi.

 

Cari ilin ilk 11 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45,79 manatı sığorta hadisələrinin ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 48,61 manat olub.

 

Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 milyon 960 min manat artaraq 335 milyon 764 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 13 milyon 688 min manat artaraq 179 milyon 720 min manata yüksəlib.

 

Cari ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta haqlarının 67%-i könüllü, 33%-i icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin isə 78 %-i könüllü, 22%-i icbari sığorta növlərinin payına düşüb.

 

2017-ci ilin yanvar-noyabr ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

18.12.2017 12:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ